top
Pro kateqoriyalı məşqçi Rüstəm Məmmədov niyə heç bir klubda çalışmadığını açıqladı Sportinfo.az
Bu gün, 21:20
- ↺ +

Pro kateqoriyalı məşqçi Rüstəm Məmmədov niyə heç bir klubda çalışmadığını açıqladı

Futbolçu kimi "Simurq"dakı, məşqçi kimi "Zaqatala"dakı fəaliyyəti ilə tanınan Rüstəm Məmmədov adını Pro kateqoriyalı məşqçilər siyahısına yazdırdı.

Bir müddət əvvəl AFFA-da təşkil olunmuş kurslarda iştirak edən və sınaqdan üzüağ çıxan 42 yaşlı çalışdırıcı ali kateqoriyaya yiyələndi.

Hər nə qədər qəribə səslənsə də, "Pro"ya sahib məşqçi hansısa liqa komandasını çalışdırmaq əvəzinə, "Alfa Zaqatala" məktəbi yaradaraq 8-12 yaşlı uşaqlara bu idman növünün sirlərini öyrədir.

Məmmədovu bu addımı atmağa uşaq futbolunun inkişafına olan həvəsi məcbur edir. Premyer Liqada, yaxud I və II Liqalarda işləməməsi isə təklif olunan şərtlərin aşağı səviyyədə olması ilə bağlıdır.

Rüstəm bəy Sportinfo.az-a verdiyi açıqlamada uzun illər çalışdırdığı "Zaqatala"dan yayda ayrılmasının səbəbini deyib:

"Pro kateqoriyasını aldıqdan sonra işləməməyimin səbəbini dəvət almamağımda görməzdim. Yayda doğma "Zaqatala" klubu özü mənə dəvət göndərdi. Xırda detallara çox getmək istəmirəm, amma mənə elə bir təklif olundu ki, inanın, onu qəbul edə bilməzdim.

Mənə hər il Musa Qurbanovun özü şəxsən zəng vururdu. Mənimlə görüşür, danışır və bununla bağlı razılığa gəlirdik. Amma bu il Musa müəllim mənimlə əlaqə saxlamadı. Bu işi klub rəhbərliyi başqa bir şəxsə həvalə etmişdi.

Həmin şəxs də mənimlə elə danışdı ki, bunu qəbul edə bilməzdim. Əslində çox nüanslar var. Xırdalıqlarına varmaq istəmirəm. Bu, mənimlə klub arasında yaşadığım məsələdir. Amma Musa müəllimin mənimlə əlaqə saxlamamasına çox üzüldüm".

Məmmədov razılığın əldə olunmamasında maliyyə məsələsinin mühüm rol oynamadığını bildirib:

"Zaqatala"yla bağlı mövzuda söhbət sırf maliyyədən getmir. Çünki maliyyə məsələsi, yəni mənim maaş alıb-almamağım əsas məsələ deyildi. İndi də işləmirəm. İstər 1000 manat maaş olsun, istər olmasın, bu, mənim üçün elə də böyük problem deyildi.

Onsuz da həmişə aşağı-yuxarı eyni maaşla işləmişik. Söhbət məsələlərdən gedirdi. Mən o cür yanaşmanı qəbul edə bilməzdim. Əgər peşəkarlıqdan danışırıqsa, o cür münasibətlə razılaşa bilməzdim".

Son aylarda Pro kateqoriyalı mütəxəssisə müxtəlif klublardan təklif olsa da, o, heç biri ilə razılaşmayıb. Səbəblərini bizdən gizlətməyib:

"Digər klublardan da təkliflər olub. I və II Liqalardan, akademiyalardan, hətta əvəzedici komandadan da təkliflər almışam. Amma yenə də həmin təkliflərdə əsas rol oynayan amillər maliyyə məsələsi və klubun perspektivi idi.

Nəyə görə maliyyə məsələsi? Çünki mən gəlib orada yenə bir il əziyyət çəkib, Zaqataladakı kimi eyni şəraitdə, eyni vəziyyətdə klubun ayaqda qalması naminə çalışmalı olacaqdımsa, bunun mənası yox idi.

9 il "Zaqatala"da işləmişəm. Hər il əsas məqsədimiz çempionatda qalmaq idi. Hətta 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı yerləri tutduğumuz vaxtlar da olub. Amma rəhbərlik bizə heç vaxt konkret olaraq hansısa yüksək nəticə əldə etməyi hədəf qoymamışdı. Sadəcə məşqçi olaraq öz qarşımıza qoyduğumuz məqsədə çatmaq istəmişik.

Musa müəllimin dövründən danışıram, ən azından həmin vaxt bizim işimizə, məşqçinin işinə heç kim qarışmırdı. Bizə deyirdilər ki, rahat işləyin, əsas odur ki, klub axırıncı yerləri tutmasın. Maliyyə vəziyyətini nəzərə alaraq, biz özümüz məşqçi kimi çalışırdıq ki, uğurlu nəticə əldə edək. Çox vaxt da buna nail ola bilirdik.

Bəlkə də azarkeşlər narazı qalırdı, müəyyən futbol ictimaiyyəti də vəziyyətimizin necə olduğunu, hansı şəraitdə işlədiyimizi bilmirdi. Bizim hansı çətinlikləri aradan qaldırdığımızdan xəbərsiz idilər.

Son illərdə isə baş məşqçiyə münasibətdə müəyyən dəyişikliklər başladı. Əgər kimsə bu işi məndən yaxşı bilirsə, buyursun, gəlsin mənim yerimdə otursun, işləsin. Amma mən məşqçiyəmsə və mənim işimə müdaxilə olunursa, bunu qəbul edə bilmirəm.

Bu problemləri gördüm və düşündüm ki, hansı kluba getsəm, yenə eyni aqibətlə üzləşəcəmsə, orada işləməyin mənası yoxdur. Bu, təkcə "Zaqatala"ya aid məsələ deyil, ümumilikdə Azərbaycan futboluna aiddir.

Klub rəhbərliyi məni işə dəvət edirsə, mənə dəstək verməlidir. Tənqid, narazılıq yox, dəstək olmalıdır. Əvvəlcə məqsədimizi bilməliyik. Mənim məşqçi kimi müəyyən kriteriyalarım var. Məsələn, üçüncü yeri tutmaq istəyiriksə, bunun üçün bu, bu, bu lazımdır. Beşinci yer üçün isə başqa şərtlər tələb olunur. Amma konkret məqsədimiz yoxdursa, orada çalışmağın da mənası yoxdur. Belə vəziyyətdə nə məşqçi inkişaf edə bilir, nə də futbolçu irəli gedə bilir.

Digər təkliflərə gəlincə, Bakıdan elə təkliflər var idi ki, ora gedib kirayədə qalmalı, ailəmi də özümlə aparmalı idim. Belə bir vəziyyətdə, sadəcə bir qarın çörək üçün çalışmağın mənası yoxdur. Az-çox hamımız ailə sahibiyik və ailəmizə dəstək olmaq, evə bir qədər pul aparmaq istəyirik. Futbol öz yerində, amma insan ailəsini də düşünməlidir.

"Zaqatala"da işləyə-işləyə Bakıda təklif olunan pulu qazanırdım. Eyni məbləğə işləmək üçün özümü məcbur etməyimin mənası yox idi. Amma yaxşı komanda olarsa, məqsəd birillik yox, ən azı üçillik strategiya üzərində qurularsa, bu, başqa məsələ.

Əgər komandanın məqsədi I Liqada mükafatçı yerləri tutaraq Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparmaqdırsa, orada işləmək daha maraqlı olar. Yaxud da müəyyən strategiya varsa, uşaqların inkişafı, onların uzunmüddətli perspektivdə yetişdirilməsi nəzərdə tutulursa, buna da müsbət yanaşaram.

Amma bir oyundan sonra başlayırsa ki, niyə uduzduq, niyə belə oldu, bəlkə belə edək, bəlkə elə edək, fikir hər dəfə dəyişirsə, orada heç bir inkişafdan söhbət gedə bilməz. Bu, sadəcə baş ağrısıdır, əsəbdir. Belə işləmək mümkün deyil.

Bizim işimiz məşqçilikdir. Bizim sənətimiz məşqçilikdir. Klub sonuncu yerdə gedirsə, azarkeş nəsə deyirsə, jurnalist nəsə yazırsa, yaxud hansısa rəhbər narazılıq edirsə, bunlar məşqçinin işinə müdaxilə etmək üçün əsas olmamalıdır".

HƏBİB / SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:19

2028-ci ildə ABŞ-də Amerika Futbol Kuboku keçiriləcək

Futbol
Bu gün, 21:04

Napoli Məşqçisi Alleqri, Manchester City-ni Çempionlar Liqasının Favoritləri Sayır

Digər
Bu gün, 21:00

Volqoqrad məhkəməsi İsinbayevanın xeyriyyə fondunu maliyyə hesabatlarının təqdim edilməməsinə görə ləğv edib

Futbol
Bu gün, 21:00

İmişlinin mərkəzi stadionunun çökək vəziyyəti ŞOK!

Qarabağ FK
Bu gün, 20:53

Andrey Arşavin “Səbahi‑Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gəlib

Futbol
Bu gün, 20:51

"Qalatasaray"ın "Aston Villa" sınağı - Heyətlər - YENİLƏNİR

Futbol
Bu gün, 20:49

"Mançester Yunayted"in gənc müdafiəçisi Eyden Heyven qış pəncərəsində komandanı tərk etmək niyyətindədir

Futbol
Bu gün, 20:40

De Bröyne: "Mançester Siti" ilə qazandıqlarımla fəxr edirəm, bu hadisələr mənim futbolçu kimliyimi dəyişməyəcək"

Futbol
Bu gün, 20:40

Neftçi Freddi Varqasını transfer edərək bahalı imza çəkməyə çalışır

Futbol
Bu gün, 20:23

Sadio Mane: "CAS-ın Seneqala çempionluğu qaytarması bizi hədsiz sevindirdi"

Futbol
Bu gün, 20:20

«Bavariya» Maykl Olisenin mütləq ayrılığına və yerinə alternativ transferlərinə hazırlaşır

Futbol
Bu gün, 20:15

"Tottenhem" 18 yaşlı yarımmüdafiəçisi Luka Uilyams-Barnettlə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 20:11

Mourinyonun seçimi qarşısında Vinisiusun iki fərqli üzü

Voleybol
Bu gün, 20:10

Naxçıvan qadın voleybol komandası 3:1 hesabla məğlub oldu

Futbol
Bu gün, 20:10

Hanzi Flik "Sabah"-ı La Liqa səviyyəsində qiymətləndirib: "Gözəl oynayırlar, yüksək dəyərləndirəm"

Futbol
Bu gün, 20:05

“Sabah” La Liqa komandalarını xatırladır – Flik

Futbol
Bu gün, 20:00

Yamalın yoxluğu hiss olunacaq, amma...

Futbol
Bu gün, 19:50

Frenki de Yonq: “‘Sabah’la matç bizim üçün asan olmayacaq”

Basketbol
Bu gün, 19:46

NBA-nın əvvəlki ulduzu Amare Stadmayr 43 yaşında polis oldu

Futbol
Bu gün, 19:45

"Mundo Deportivo" Sabah-Barcelona mətləbində Bakının soyuq və küləkli hava şəraitinə diqqət çəkib

Futbol
Bu gün, 19:40

Türkiyənin adlı-sanlı klubu Azərbaycanda çalışan baş məşqçi ilə niyə anlaşmayıb?

Qarabağ FK
Bu gün, 19:40

“Qolu vurandan sonra gözlərim dolmuşdu, çox kövrəlmişdim”

Futbol
Bu gün, 19:37

Umarali “Barselona” ilə oyundan danışdı

Oxşar xəbərlər