top
Litvintsevin dünya çempionatında çıxışı: Revanş və ya son şans? Idman.biz
26 mart 2026, 12:31
- ↺ +

Litvintsevin dünya çempionatında çıxışı: Revanş və ya son şans?

Bu gün, 26 mart tarixində Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev fiqurlu konkisürmə üzrə dünya çempionatında qısa proqramını təqdim edəcək. Bu, onun 2026-cı ildə İtaliyada keçirilmiş Qış Olimpiya Oyunlarındakı uğursuz çıxışından sonra ilk performansı olacaq. Daha əvvəl təşkilatın baş katibi Günel Bədəlovanın bildirdiyi kimi, məhz bu çıxış Azərbaycan Qış İdman Növləri Federasiyasının idmançı ilə əməkdaşlıq barədə qərarına təsir edəcək.

Litvintsev buz üzərinə 24-cü nömrə ilə çıxacaq, ümumilikdə yarışda 36 fiqurlu konkisürən iştirak edəcək. Final mərhələsinə vəsiqə qazanmaq üçün o, qısa proqramın yekunlarına əsasən ilk 24-lükdə yer almalıdır. İdmançının karyerası ərzində qısa proqram üzrə ən yaxşı nəticəsi 85,83 baldır (2022-ci il dünya çempionatı). Cari mövsümdə (2024/2025) isə o, ən yüksək göstəricisini 2025-ci il "ISU CS Denis Ten Memorial Challenge" turnirində nümayiş etdirib - 78,52 bal.

Bu dünya çempionatı Vladimir Litvintsev üçün yeddinci olacaq.

Daha əvvəl dünya çempionatlarında onun nəticələri belə olub:

2025 – 15-ci yer

2024 – 25-ci yer

2023 – 11-ci yer

2022 – 16-cı yer

2021 – 27-ci yer

2020 – turnir koronavirus pandemiyası səbəbindən ləğv edilib

2019 – 17-ci yer

Yəni Litvintsev dünya çempionatının final mərhələsinə iki dəfə – 2021 və 2024-cü illərdə yüksələ bilməyib.

Bütün bu illər ərzində fiqurlu konkisürən qısa proqramda texniki baxımdan eyni məzmunla çıxış edib: dördqat tulup, üçqat aksel və üçqat flip + üçqat tulup kaskadı. Bugünkü çıxış da istisna olmayacaq.

O, eyni proqramı 2026-cı il Qış Olimpiya Oyunlarında da təqdim edib. Milanda texniki elementlərə görə fiqurlu konkisürən 31,13 bal toplayıb (ümumi – 63,63 bal və 29-cu yer). Dünya çempionatlarına gəlincə isə, texniki komponentlər üzrə ən yüksək ballarını 2019-cu ildə (47,86), 2022-ci ildə (46,82) və 2023-cü ildə (46,03) qazanıb.

Litvintsevin bu gün əsas məqsədi Olimpiadada olduğu kimi eynidir - təmiz çıxış etmək və 28 mart, şənbə günü keçiriləcək sərbəst proqramdan ibarət final mərhələsinə yüksəlmək.

Final mərhələsində maraqlı mübarizə gözlənilir. 2026-cı ilin Olimpiya çempionu, qazaxıstanlı fiqurlu konkisürən Mixail Şahidarov dünya çempionatını buraxsa da, digər güclü idmançılar medallar uğrunda mübarizədə qalırlar. Xüsusilə, ikiqat dünya çempionu Ilia Malinin buz üzərinə çıxacaq. O, 2026 Olimpiadasının favoritlərindən biri olsa da, dördilliyin əsas yarışını 8-ci yerdə başa vurub.

Xatırladaq ki, dünən dünya çempionatında Azərbaycandan qadınların tək çıxışında Nərgiz Süleymanova iştirak edib. O, 33 iştirakçı arasında 27-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazana bilməyib. Həmçinin, martın 27-də Azərbaycanı buz üzərində rəqs üzrə duet – Samantra Ritter və Daniel Brikalov təmsil edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:20

Pro kateqoriyalı məşqçi Rüstəm Məmmədov niyə heç bir klubda çalışmadığını açıqladı

Futbol
Bu gün, 21:19

2028-ci ildə ABŞ-də Amerika Futbol Kuboku keçiriləcək

Futbol
Bu gün, 21:04

Napoli Məşqçisi Alleqri, Manchester City-ni Çempionlar Liqasının Favoritləri Sayır

Digər
Bu gün, 21:00

Volqoqrad məhkəməsi İsinbayevanın xeyriyyə fondunu maliyyə hesabatlarının təqdim edilməməsinə görə ləğv edib

Futbol
Bu gün, 21:00

İmişlinin mərkəzi stadionunun çökək vəziyyəti ŞOK!

Qarabağ FK
Bu gün, 20:53

Andrey Arşavin “Səbahi‑Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gəlib

Futbol
Bu gün, 20:51

"Qalatasaray"ın "Aston Villa" sınağı - Heyətlər - YENİLƏNİR

Futbol
Bu gün, 20:49

"Mançester Yunayted"in gənc müdafiəçisi Eyden Heyven qış pəncərəsində komandanı tərk etmək niyyətindədir

Futbol
Bu gün, 20:40

De Bröyne: "Mançester Siti" ilə qazandıqlarımla fəxr edirəm, bu hadisələr mənim futbolçu kimliyimi dəyişməyəcək"

Futbol
Bu gün, 20:40

Neftçi Freddi Varqasını transfer edərək bahalı imza çəkməyə çalışır

Futbol
Bu gün, 20:23

Sadio Mane: "CAS-ın Seneqala çempionluğu qaytarması bizi hədsiz sevindirdi"

Futbol
Bu gün, 20:20

«Bavariya» Maykl Olisenin mütləq ayrılığına və yerinə alternativ transferlərinə hazırlaşır

Futbol
Bu gün, 20:15

"Tottenhem" 18 yaşlı yarımmüdafiəçisi Luka Uilyams-Barnettlə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 20:11

Mourinyonun seçimi qarşısında Vinisiusun iki fərqli üzü

Voleybol
Bu gün, 20:10

Naxçıvan qadın voleybol komandası 3:1 hesabla məğlub oldu

Futbol
Bu gün, 20:10

Hanzi Flik "Sabah"-ı La Liqa səviyyəsində qiymətləndirib: "Gözəl oynayırlar, yüksək dəyərləndirəm"

Futbol
Bu gün, 20:05

“Sabah” La Liqa komandalarını xatırladır – Flik

Futbol
Bu gün, 20:00

Yamalın yoxluğu hiss olunacaq, amma...

Futbol
Bu gün, 19:50

Frenki de Yonq: “‘Sabah’la matç bizim üçün asan olmayacaq”

Basketbol
Bu gün, 19:46

NBA-nın əvvəlki ulduzu Amare Stadmayr 43 yaşında polis oldu

Futbol
Bu gün, 19:45

"Mundo Deportivo" Sabah-Barcelona mətləbində Bakının soyuq və küləkli hava şəraitinə diqqət çəkib

Futbol
Bu gün, 19:40

Türkiyənin adlı-sanlı klubu Azərbaycanda çalışan baş məşqçi ilə niyə anlaşmayıb?

Qarabağ FK
Bu gün, 19:40

“Qolu vurandan sonra gözlərim dolmuşdu, çox kövrəlmişdim”

Futbol
Bu gün, 19:37

Umarali “Barselona” ilə oyundan danışdı

Oxşar xəbərlər