top
“Qolu vurandan sonra gözlərim dolmuşdu, çox kövrəlmişdim” Sportinfo.az
Bu gün, 19:40
- ↺ +

“Qolu vurandan sonra gözlərim dolmuşdu, çox kövrəlmişdim”

Yenilənən Xankəndi stadionu çempionat matçında ilk dəfə qapılarını azarkeşlərin üzünə açdı.

I Liqanın 8-ci turu çərçivəsində Qarabağın "göz bəbəyi" hesab olunan bölgənin eyniadlı komandası çempionluq uğrunda mübarizə aparan "Karvan-Yevlax"ı qəbul etdi.

İlk hissə qolsuz bərabərliklə başa çatsa da, qonaqlar fasilədən sonra iki qol vurub vacib qələbəyə sevindi.

Torpaqlar erməni işğalından azad olunandan sonra Xankəndi stadionunda çempionat oyunlarında ilk qolun müəllifi İbrahim Əliyev oldu.

27 yaşlı hücumçu Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

– Çətin matç oldu. İlk hissədə komandalar sanki bir-birini öyrənməyə çalışırdı. Ümumilikdə, oyunu necə dəyərləndirərdin?

– Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Meydanın ağırlığını və bizi burada nələrin gözlədiyini yaxşı bilirdik. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə müddətində demək olar ki, hər gün bu qarşılaşma barədə düşünürdük. Allah şəhidlərimizə rəhmət eləsin ki, bizə bu qürurlu anları yaşatdılar və bu gün burada meydana çıxmaq imkanı qazandıq. Çox gözəl atmosfer var idi. Stadionun quruluşu, azarkeşlər və yaradılan şərait həqiqətən möhtəşəm idi. Oyuna gəlincə, ilk hissə bizim üçün daha çox meydançaya və atmosferə uyğunlaşmaq baxımından kəşfiyyat xarakterli keçdi. Fasiləyə yollanarkən öz aramızda danışdıq ki, bu oyunu necə öz xeyrimizə dəyişə bilərik. Matçı daha rahat idarə edə biləcəyimizi anladıq. İkinci hissəyə də bu məqsədlə çıxaraq istəyimizə çatdıq. Bütün komanda yoldaşlarımı, stadiona gələrək bizi dəstəkləyən azarkeşləri təbrik edirəm.

– Süni örtüklü meydanda oynamaq nə dərəcədə çətin idi?

– Düzdür, bir az ağır idi. Yeni qazon olduğuna görə, məncə, rezin qırıntıları da bir qədər çox idi. Öyrəşmək müəyyən çətinlik yaradırdı. Amma stadionun atmosferi və ümumilikdə yaradılan şərait idealdır.

– Qol epizodunda topun qarşına düşəcəyini hiss edirdin, yoxsa həmin anda qərar verdin?

– Hücumçu hər an qol imkanını gözləməlidir. Bəzən heç bir şey yoxmuş kimi görünən vəziyyətdən də qol yaratmaq mümkündür. Həmin anda top qarşıma düşdü, çox düşünmədim, zərbəmi vurdum və qol oldu. Komandamızın qələbəsinə töhfə verdiyim üçün sevinirəm.

– İkinci qol da kifayət qədər baxımlı alındı...

– Bəli, çox gözəl qol alındı. Obicon həmin epizodda topa əla zərbə vurdu. Həqiqətən, baxımlı qol idi.

-Bu stadionda kubok oyununda Nəriman Axundzadə fərqlənmişdi. Sən isə yenilənmiş arenada çempionat matçı çərçivəsində ilk qolun müəllifi oldu. İllər keçəcək və bu an daim xatırlanacaq.

– İllər keçəcək, statistika qalacaq. Çox qürurluyam. Qolu vurandan sonra gözlərim dolmuşdu, çox kövrəlmişdim. Hədsiz qürurluyam, çox sevincliyəm (kövrəlir).

– Oyunun sonlarına yaxın zədələnsən də, meydana qayıtmaq üçün özündə güc tapdın. Özünü necə hiss edirsən?

– Matç çox gərgin və istəkli keçirdi. Hər epizodda komanda üçün mübarizə aparmaq istəyirdim. Başım partladı, amma özümə gəlib yenidən meydana qayıtdım. Sonradan gördüm ki, bu vəziyyətdə komandaya kömək edə bilməyəcəyəm. Başım gicəllənirdi. Ona görə də ən yaxşısının əvəzlənmək olduğunu düşündüm. Yerimi gənc komanda yoldaşıma verdim (Ramil İsmayıllı – H.). Onu da təbrik edirəm. Cəmi 15 yaşı var. Bu gün ikinci oyununu keçirdi. Onun adına çox sevindim.

HƏBİB

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:45

Bakının sərt küləyi İspaniya mətbuatının gündəmində: “Barselona”nı soyuq sınaq gözləyir - VİDEO

Futbol
Bu gün, 19:40

Türkiyənin adlı-sanlı klubu Azərbaycanda çalışan baş məşqçi ilə niyə anlaşmayıb?

Futbol
Bu gün, 19:37

Umarali “Barselona” ilə oyundan danışdı

Futbol
Bu gün, 19:36

“Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi

Futbol
Bu gün, 19:34

Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə

Futbol
Bu gün, 19:28

“Sabah”ın rəqibində ciddi itki

Futbol
Bu gün, 19:26

Norveçli futbolçu Erling Haalandın soyadını kommersiya məqsədilə istifadə edən polşalı elektrik ustası ilə məhkəmə mübahisəsi

Digər
Bu gün, 19:10

CAS Afrika Millətlər Liqasının qalibini elan etdi – RƏSMİ

Futbol
Bu gün, 19:03

Sabah, Bakı Olimpiya Stadionunda Barselona qarşısında son məşqini keçirib

Qarabağ FK
Bu gün, 19:00

Gəncədə “Qarabağ”ı da heyran edən FUTBOL GECƏSİ

Futbol
Bu gün, 18:58

İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdı

Futbol
Bu gün, 18:55

Afrika futbolda tarixi qərar – Senegal yenidən çempiondur!

Futbol
Bu gün, 18:37

“Yamalın Bakıya gəlməməsinə görə üzülürəm” – Dambrauskas

Futbol
Bu gün, 18:34

Arda Turandan “Fənərbaxça”ya mesaj: “Geri çəkilməyəcəyik”

Futbol
Bu gün, 18:29

Lukaku “Fənərbağça”dan ayrıla bilər

Futbol
Bu gün, 18:22

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik

Digər
Bu gün, 18:20

Valdas Dambrauskas: Müdafiədə məyyən boşluqlarımız ola bilər

Futbol
Bu gün, 18:20

Umarali Raxmonaliyev: 100 %dən artıq performans göstərəcəyik

Futbol
Bu gün, 18:20

Arda ”Real”dakı komanda yoldaşına nə hədiyyə etdi? - FOTO

Qarabağ FK
Bu gün, 18:18

Barselona

Futbol
Bu gün, 18:13

Dambravskas Sabah — Barselona matçı öncəsi: "Barselona"da zəif tərəf tapmaq çətindir, Lamine Yamalın olmaması bizi narahat etmir

Futbol
Bu gün, 18:13

PSJ “Barselona”nın transfer edə bilmədiyi futbolçunu istəyir

Boks
Bu gün, 18:10

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Oxşar xəbərlər