top
Fərid Qayıbov Avropa Gimnastikası haqqında danışır: Bədii Gimnastika, Avropa Çempionatı və Daha Çox Idman.biz
03 iyun 2025, 16:11
- ↺ +

Fərid Qayıbov Avropa Gimnastikası haqqında danışır: Bədii Gimnastika, Avropa Çempionatı və Daha Çox

"Bu həftə bədii gimnastikanı bütün gözəlliyi ilə görəcəyik, çünki Estoniyanın paytaxtı Tallində Avropa çempionatı keçiriləcək".

İdman.biz xəbər verir ki, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov bildirib.

O, rəhbərlik etdiyi qurumun saytındakı "Prezidentin qeydləri" rubrikasında Estoniyanın ilk dəfə Avropa səviyyəsində tədbiri təşkil edəcəyini və onun yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Qayıbov ötən ay baş vermiş əlamətdar hadisələrdən də bəhs edib və Leypsiqdə keçirilən idman gimnastikası üzrə Avropa çempionatına toxunub: "Leypsiqdən evə qayıtdıqdan sonra belə ötən həftə Almaniyada keçirilən gimnastika bayramlarını məmnuniyyət və qürur hissi ilə xatırlayıram. Bütün qitədən insanları bir araya gətirən 2025-ci il idman gimnastikası üzrə Avropa çempionatı bu il Almaniyanın beynəlxalq gimnastika festivalı "Das Turnfest" çərçivəsində təşkil olundu. Bu, təşkilatçı – Almaniya Gimnastika Federasiyası (DTB) üçün böyük bir çağırış idi və onlar bu işin öhdəsindən ustalıqla gəldilər. "Turnfest" festivalının "Hamı üçün gimnastika" hissəsində 60 mindən çox insan iştirak etdi, 301 elit idmançı isə Avropa titulları uğrunda mübarizə apardı.

Bu Avropa çempionatı bir neçə tarixi anlarla yadda qaldı. İlk növbədə, təbii ki, qarışıq komanda finalının tətbiqini qeyd etmək istəyirəm. Bu format son iki Avropa Yeniyetmələr Olimpiya Festivalında sınaqdan keçirilib və texniki komitələrimiz onu beynəlxalq televiziya auditoriyasının gözləntilərinə uyğunlaşdıraraq yenidən işləyiblər. Aparıcılar, televiziya, idman təqdimatı və yarışların idarə olunması arasındakı əla əməkdaşlıq nəticəsində çox maraqlı və yüksək qiymətləndirilən bir final təqdim etdik. Ev sahibi ölkə isə dərhal adını tarixə yazdırdı: Karina Şönmayer və Timo Eder ilk dəfə qarışıq komandalar arasında Avropa çempionu tituluna sahib çıxdılar. Almaniyanın uğurları bununla da bitmədi: doğma tamaşaçılar qarşısında daha bir neçə zəfərə imza atıldı. Bütün medal qazananları təbrik edirəm – siz bir iz qoydunuz!

O, həmçinin bədii gimnastika üzrə Avropa kuboku haqqında da danışıb: "Bakıdakı tədbirdən iki həftə sonra Bolqarıstanın dənizkənarı kurortu Burqasda bu il ikinci dəfə Avropa kuboku keçirildi. İsrailli Meytal Sumkin və Macarıstanın qrup komandası qalib gələrək "Cross Battle" mərhələsində fəxri kürsüyə yüksəlməklə bu formatın nə qədər maraqlı və eyni zamanda proqnozlaşdırılmaz olduğunu göstərdilər".

EG prezidenti həmçinin Maltada keçirilən Beynəlxalq Gimnastika Federasiyası (FIG) Şurasının iclasından da bəhs edib: "Orada 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına gimnastikanın dörd olimpiya növü üzrə – kişi və qadın idman gimnastikası, bədii gimnastika və batut gimnastikası – təsnifat sistemi təsdiqləndi. Həmçinin Texniki reqlamentə təklif olunan dəyişikliklər və intizam məcəlləsinin yenilənməsi də təsdiq olundu".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:20

Nurlan Novruzov “Neftçi”də U‑12 komandası üçün məşqçi təyin olundu

Futbol
Bu gün, 14:20

Liverpul 42 milyon avro üçün mühafizəçini 60 milyon avroya geri almaq istəyir

Basketbol
Bu gün, 14:17

MBA Avropada 10 milyard avroluq basketbol arenası layihəsini açıqladı

Formula 1
Bu gün, 14:14

Telekanallar Qətər Grand Prix-də iştirak etməyəcək

Futbol
Bu gün, 14:12

"Bernli" İngiltərə futbolu tarixində yeni antirekord müəyyənləşdirdi

Futbol
Bu gün, 14:10

Azərbaycan I Liqasının IX turu başlandı: "Baku Sportinq"–"Şahdağ Qusar" və digər oyuncaqlar

Futbol
Bu gün, 14:00

“Sabah”ın ulduz futbolçusu Qazaxıstan klublarına baxmayaraq Avropanı seçdi

Futbol
Bu gün, 13:47

«Beşiktaş» – «Qalatasaray» derbisinin hakimi Oğuzhan Çakır təyin olunub

Futbol
Bu gün, 13:45

Bavariya qapıçısı doğulandan sonra həyat yoldaşını atdı

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Futbol
Bu gün, 13:35

Avropa Liqası və Konfrans Liqasının bugünkü matçları bu kanallarda canlı yayımda

Futbol
Bu gün, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək;

Basketbol
Bu gün, 13:31

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov: "Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir"

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Oxşar xəbərlər