top
Avropa Gimnastikası: Azərbaycanlı tamblinqçilər Avropada bu idman növünün populyarlaşmasında əhəmiyyətli rol oynayır Idman.biz
08 aprel 2026, 12:17
- ↺ +

Avropa Gimnastikası: Azərbaycanlı tamblinqçilər Avropada bu idman növünün populyarlaşmasında əhəmiyyətli rol oynayır

Azərbaycan tamblinqinin nailiyyətləri və Mixail Malkin, Tofiq Əliyev kimi idmançılar bu növün Avropada inkişafına mühüm töhfə verir.

Bu barədə İdman.Biz-ə açıqlamasında Avropa Gimnastikasının media şöbəsinin rəhbəri Tina Qerets Portuqaliyanın Portiman şəhərində aprelin 8-də start götürəcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı ərəfəsində danışıb.

Onun sözlərinə görə, Malkin və Əliyev arasında olan dostcasına rəqabət idmançıların özlərinə də fayda verir:

"Onlar bir-birini daha böyük nailiyyətlərə sövq edirlər ki, bu da idmançı üçün həqiqətən vacibdir. Onların sosial şəbəkələrdəki paylaşımları viral olur. Məsələn, Tofiq Əliyevin Ümumdünya Oyunlarında etdiyi üçqat salto... Düşünürəm ki, bu barədə hətta bu idman növü haqqında heç nə bilməyənlər də danışırdı. Buna görə də bu, tamblinqin həm Avropada, həm də ümumilikdə dünyada populyarlaşması üçün böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, onlar burada da uğur qazanacaqlar".

O, həmçinin bildirib ki, bu Avropa çempionatında qadın tamblinqində Azərbaycanın yeganə təmsilçisi olan Хədicə Məmmədovanın məşqini izləyib və bunu irəliyə doğru yaxşı addım adlandırıb.

Qerets Azərbaycanda batut gimnastikasının yüksək inkişaf səviyyəsini də vurğulayıb:

"Azərbaycanla bağlı xoşuma gələn odur ki, orada işə ciddi yanaşırlar və onu sonadək çatdırırlar. Görünür ki, bu, nəticə verir. Ölkənin bütün növlər üzrə inkişafını izləmək xoşdur - səviyyə həqiqətən təsiredicidir".

Onun sözlərinə görə, son illərdə Avropada gimnastika sürətlə inkişaf edir və getdikcə daha çox federasiya bütün növlər üzrə fəaliyyət göstərir. Bu prosesdə Avropa Gimnastikasının texniki komitələri də mühüm rol oynayır - onlar seminarlar keçirir və ekspertlər dəvət edirlər.

Sonda media şöbəsinin rəhbəri Avropa çempionatının startını böyük həyəcanla gözlədiyini bildirib: "Çoxlu yeni simalar görəcəyimi gözləyirəm ki, onlar təcrübəli idmançılarla rəqabət apara bilsinlər. Bundan əlavə, neytral gimnastlar geri qayıdır, buna görə də nəticələr iki il əvvəlkindən fərqli ola bilər".

O, həmçinin arenanın açıq çəhrayı tonlarda tərtibatına da münasibət bildirib və qeyd edib ki, bu rəng ilk dəfə istifadə olunur və Portuqaliya tərəfi tərəfindən xüsusi olaraq Portiman üçün seçilib.

"Gələcəkdə Avropa Gimnastikası brendinqi vahidləşdirməyi planlaşdırır, buna görə də böyük ehtimalla daha parlaq çəhrayı çalarlar və ya mavi rəngdən istifadə olunacaq", - deyə o, fikrini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 10:54

Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib - VİDEO

Qarabağ FK
Bu gün, 10:47

“Ən sevindirici məqam ailələrin, xanımların, yaşlıların komandamıza dəstək olmasıdır”

Futbol
Bu gün, 10:45

Karlos Alos Ferrer: Sabahın qapıçısı Stas Pokatilov üçün Barselona qarşısında oyun çətin olacaq

Futbol
Bu gün, 10:44

“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili

Qarabağ FK
Bu gün, 10:40

Qəbələnin çətin vəziyyəti – bu da müvəqqəti

Futbol
Bu gün, 10:37

“Latsio” Qattuzonun işindən razıdır yeni müqavilə təklif etməyə hazırlaşır

Futbol
Bu gün, 10:35

UEFA İspaniya-İngiltərə matçında irqçi davranışa görə İngiltərə Futbol Assosiasiyasına 15 min avro cərimə verdi

Futbol
Bu gün, 10:30

“Bu, sprint deyil, marafondur”

Futbol
Bu gün, 10:25

Luis Enrike Dembelenin “Roma” ilə oyunda əsas heyətdə başlamasına qarşı çıxdı

Futbol
Bu gün, 10:25

“Mançester Yunayted” transfer büdcəsini azaltdı

Futbol
Bu gün, 10:22

Vaqif Sadıqov “Sabah” - “Barselona” oyunu ilə bağlı fikirlərini açıqladı

Basketbol
Bu gün, 10:21

Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə – NBA-da günün nəticələri

Futbol
Bu gün, 10:20

“Qorxulu güc kimi görünmürlər - İndi ön plana başqaları çıxır”

Futbol
Bu gün, 10:20

Tottenham, 18 yaşlı istedadın müqavilə uzatmasına qərar verdi: Çelsi və Borussia məyus

Futbol
Bu gün, 10:10

2035-ci il dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Basketbol
Bu gün, 10:08

“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Olimpiada
Bu gün, 10:00

“7 yaşından yetişdirdiyim Süleymanı Olimpiadada görmək istəyirəm” – Fərid Ağakişiyevlə MÜSAHİBƏ

Qarabağ FK
Bu gün, 10:00

15 500 tamaşaçı, 15 464 yer: “Kəpəz” bu fərqi necə izah edəcək?

Futbol
Bu gün, 09:55

Emre Mor Azərbaycanda karyerasını davam etdirməyi düşünüyor

Voleybol
Bu gün, 09:53

Voleybol Super Liqası: Murov Az Terminal” “Ordu” ilə üz-üzə

Futbol
Bu gün, 09:52

“Mançester Yunayted”in transferlər üçün Poçettinoya verdiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 09:40

AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

Futbol
Bu gün, 09:40

"Mançester Yunayted" qışda Ayvan Toununi “rənglərinə bağlamaq” istəyir

Oxşar xəbərlər