top
AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR Sportinfo.az
Bu gün, 09:40
- ↺ +

AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

I Liqada çətin günlər yaşayan "Səbail" bir-birinin ardınca sarsıdıcı zərbələr almaqdadır.

Bu dəfə AFFA sabiq "dənizçilər"ə sərt üzünü göstərib.

Federasiya onlara maliyyə yardımını dayandırıb. Aşağı liqanın digər iştirakçılarından fərqli olaraq, "Səbail"in oktyabr üzrə dotasiyasını kəsib. Bu addımın da haqlı səbəbi var - klubun başında əyləşənlər qabaqlarına çıxanları aldadır.

Səbəbkar? Əlbəttə ki, Mirzə Bayrampur.

Prezident postunu tutan bu zat öz öhdəliklərini yerinə yetirmir. O, bağladığı müqavilə şərtlərini həyata keçirmir. Nəticədə "Səbail" böyük miqdarda borclanıb.

Şikayətçilərin bir qismi AFFA-nın qapısını döyüb, problem barədə məlumatlandırıb. Təcili araşdırma aparan qurum bu narazılığın haqlı ollmasını aşkarlayıb və "Səbail"ə ayırdığı aylıq 30 min manatın ödənişini dayandırıb.

AFFA həmçinin müəyyənləşdirib ki, klub rəhbərliyi ötən aylar üzrə aldığı pulu istiqamətləri üzrə xərcləməyib. Həmin vəsaiti nağlaşdıraraq, başqa sahələrə yönəldiblər. Aidiyyatlı şəxslərdən bunun hesabatı istənilib.

Yeri gəlmişkən, Mirzə Bayrampurun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bu, futboldakı fəaliyyəti ilə bağlı deyil. Problem Bayrampura aidiyyatlı şirkətlərdən birindən qaynaqlanır.

Kənd təsərrüfatı sektoru üzrə ixtisaslaşan şirkətin iri miqdarda borcu yarandığından, ona "stop" tətbiq edilib.

Həmin borc kifayət qədər böyükdür və uzun müddətdir ödənilmədiyindən, müvafiq dövlət qurumunun şikayəti əsasında belə qərar çıxarılıb.

Əldə etdiyimiz növbəti xəbər də düşündürücüdür. Redaksiyamıza məlum olub ki, M.Bayrampurun öz adına dövlət qeydiyyatına aldırdığı "Lincoln" markalı, 90 AZ 086 seriyalı avtomobilin üzərinə həbs qoyulub.

Klub prezidenti ona məxsus digər maşını isə etibarnamə ilə Bahar adlı xanımın istifadəsinə verib.

Ümumiyyətlə, bu, Mirzə Bayrampurun adının keçdiyi ilk qalmaqallı hadisə deyil. Xoşagəlməz olaylar hazırda "Səbail"in özündə də davam edir.

Otel, qida, geyim və s sahələr üzrə öhdəliklər yerinə yetirilməyib. Üstəlik, Bakıda icarəyə götürülən klub ofisinin qapısına qıfıl vurulub.

SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:10

2035-ci il dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdi

Basketbol
Bu gün, 10:08

“Ordu” basketbol komandasının baş məşqçisi ilk dövrənin nəticəsindən narazıdır

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Olimpiada
Bu gün, 10:00

“7 yaşından yetişdirdiyim Süleymanı Olimpiadada görmək istəyirəm” – Fərid Ağakişiyevlə MÜSAHİBƏ

Qarabağ FK
Bu gün, 10:00

15 500 tamaşaçı, 15 464 yer: “Kəpəz” bu fərqi necə izah edəcək?

Futbol
Bu gün, 09:55

Emre Mor Azərbaycanda karyerasını davam etdirməyi düşünüyor

Voleybol
Bu gün, 09:53

Voleybol Super Liqası: Murov Az Terminal” “Ordu” ilə üz-üzə

Futbol
Bu gün, 09:52

“Mançester Yunayted”in transferlər üçün Poçettinoya verdiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 09:40

"Mançester Yunayted" qışda Ayvan Toununi “rənglərinə bağlamaq” istəyir

Boks
Bu gün, 09:38

Azərbaycan boksçuları U-23 Avropa çempionatında qızıl medal üçün döyüşür

Futbol
Bu gün, 09:38

“Sabah” qol, Fermin qollar vuracaq?

Digər
Bu gün, 09:30

Zlatan İbrahimoviç “Qanqsterlər dünyası”nda

Futbol
Bu gün, 09:28

“Qalatasaray”ın matçı hansı kanalda? - TV AFİŞA

Futbol
Bu gün, 09:23

“Barselona” stadiondan hava limanına tələsəcək

Futbol
Bu gün, 09:20

"Çelsi"nin futbolçusu qarət olundu

Futbol
Bu gün, 09:10

Çempionlar Liqasında günün oyunları – YENİLƏNİR

Futbol
Bu gün, 09:08

İlk qolunu vurdu, qarət olundu

Futbol
Bu gün, 09:08

“Barselona”ya transferi baş tutmayan Laportdan diqqətçəkən açıqlama

Futbol
Bu gün, 09:01

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək

Futbol
Bu gün, 09:00

Almaniya klubları “Udineze”nin 18 yaşlı müdafiçisinə “elçi” düşüb

Futbol
Bu gün, 08:55

Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"

Futbol
Bu gün, 08:51

Yamal zədəli deyilmiş

Qarabağ FK
Bu gün, 08:50

Gəncə Şəhər Stadionu: Xəzər Lənkəran və Qarabağ üçün tam dolu tribunalar – VİDEO

Oxşar xəbərlər