top
Anna Skidan: Analıq Məzuniyyətindən Sonra Böyük İdmana Qayıdış və Ailə Dəstəyi Idman.biz
13 mart 2026, 11:33
- ↺ +

Anna Skidan: Analıq Məzuniyyətindən Sonra Böyük İdmana Qayıdış və Ailə Dəstəyi

Bu il Azərbaycan təmsilçisi - çəkicatma üzrə atlet Anna Skidan üçün əsas start Birminqemdə keçiriləcək Avropa çempionatı olacaq. Bu yarış idmançının analıq məzuniyyətindən sonra böyük idmana tam qayıdışını simvolizə edəcək.

İdman.Biz-ə açıqlamasında A.Skidan bildirib ki, məşqlərə gec qayıtmasına onun yaşayıb məşq etdiyi Ukraynadakı hava şəraiti də təsir göstərib.

"Bu il bizdə qış çox soyuq keçdi. Buna görə də mən fevralın sonunda atma sektoruna çıxdım, artıq iki həftədir hazırlaşıram. Hazırda həyat yoldaşım və qızımla məşq edirəm - onlar mənim üçün ən yaxşı dəstək qrupudur və bu, mənim üçün tamamilə yeni təcrübədir. Qızım tez böyüyür və onun uğurlarını izləmək çox maraqlıdır. Ümid edirəm ki, yaxın vaxtlarda məşqçi məsələsi də həll olunacaq", - deyə Skidan bildirib.

Çəkicatma üzrə idmançı vurğulayıb ki, mövsümün əsas startı avqustun 10-16-da Birminqemdə keçiriləcək Avropa çempionatı olacaq.

"Mənim üçün bu, ilin əsas yarışıdır və onun başlanmasına beş ay qalır. Hazırda fiziki hazırlıq və bərpa üzərində işləyirəm. Artıq ştanqada çəkiləri artırmağa başlamışam və bu məni xüsusilə sevindirir. Çünki belə uzun fasilədən sonra əzələ yaddaşının "hərəkəti" xatırlaması məni çox sevindirir. Bədəni ciddi yüklərə hazırlayıram", - deyə atlet etiraf edib.

Skidan qitə çempionatına hazırlıq çərçivəsində yaxın turnir planlarından da danışıb.

"İyunda yarışlara başlamağı planlaşdırıram. Hələlik planlarda Ukrayna Kuboku var – beynəlxalq statuslu kommersiya turniri. Amma hazırkı forma və irəliləyişə baxacağıq. Əsas odur ki, özümü yaxşı hiss edirəm, bahar həm istiliyi, həm də açıq havaya çıxıb rahat işləmək imkanı ilə sevindirir", – deyə idmançı bildirib.

Skidan həmçinin çəkicatma məşqlərinin spesifik xüsusiyyətlərindən danışıb.

"Bizim növümüz mürəkkəb koordinasiyalı idman növüdür, yəni texniki və güc komponentlərindən ibarətdir. İlin istənilən vaxtında və istənilən hava şəraitində açıq havada çox texniki iş görülür. Bura uzun fırlanmalar, qısa və ağır çəkiclə iş, tros üzərində tutacaqlı disk formasında uyğunlaşdırılmış alətlər, eləcə də gücü artırmaq üçün ştanqa ilə edilən güc hərəkətləri – məsələn, oturuşlar və deadlift(yerindən qaldırma) daxildir", – deyə o vurğulayıb.

Qeyd edək ki, idmançı Azərbaycan rekordunun müəllifidir. Üç il əvvəl Budapeştdə keçirilən dünya çempionatında o, aləti 77,10 metr məsafəyə ataraq milli rekordu yeniləyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:08

"Sabah" və "Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı matçları bu kanallarda canlı yayımlanacaq

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Futbol
Bu gün, 10:00

Mövqeyimi dəyişməsəydim, Barselona’da uzun müddət qalmaq mümkün olmazdı

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Oxşar xəbərlər