PSJ-nin hücumçusu Ferran Torres "Valensiya"nın ev stadionunun yaxınlığında yerləşən ofis binasını 7 milyon avroya satın alıb. Bu barədə "Valencia Plaza" nəşri məlumat yayıb.
Qeyd edək ki, Ferran Torres "Valensiya"nın yetirməsidir. O, 6 yaşından klubun sistemində çıxış edib.
İspaniya klubu yeni arenaya köçməyi və ofislərini də orada yerləşdirməyi planlaşdırdığı üçün mövcud infrastrukturunu satışa çıxarıb. Mənbənin məlumatına görə, binanın satışından əldə olunan vəsait "Valensiya"nın transfer büdcəsinə yönəldiləcək və qış transfer pəncərəsində istifadə oluna bilər.
La Liqada 13 turdan sonra 12 xal toplayan "Valensiya" turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.