"Frayburq"un hücumçusu İqor Matanoviç "Tottenhem"in transfer siyahısına düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu London təmsilçisinin yanvar ayı üçün əsas transfer hədəflərindən biridir.
"Frayburq" hücumçusunun qiymətini təxminən 60 milyon avro müəyyənləşdirib.
Matanoviçin xidmətində "Çelsi" və "Mançester Yunayted"in də maraqlı olduğu bildirilir.
Xorvatiyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.