top
FIFA 2027-də futbolçular transferdən 5% alacaq Sportify.az
Bu gün, 21:40
- ↺ +

FIFA 2027-də futbolçular transferdən 5% alacaq

FIFA 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni transfer reqlamentini təsdiqləyib. Dəyişikliklər futbolçuların transferdən pay almasını, müqavilələrin pozulmasına görə məsuliyyəti və gənc oyunçuların müdafiəsini əhatə edir.

Bizi Instagramda izləİzləBizi Threads-də izləİzləBizi Telegram-da izləİzləBizi Facebook-da izləİzlə

Sportify.az xəbər verir ki, yeni qaydalar FIFA-nın futbolçuların statusu və transferləri ilə bağlı reqlamentində əksini tapıb.

Əsas yeniliklərdən biri futbolçuların transfer məbləğindən pay almasıdır. İllik sabit əməkhaqqı 150 min avrodan az olan oyunçu başqa ölkənin klubuna daimi transfer edilərsə, müəyyən şərtlər daxilində onu satan klub faktiki əldə etdiyi sabit transfer məbləğinin 5 faizini futbolçuya ödəməli olacaq.

Məsələn, transferin sabit məbləği 250 min avro olarsa, futbolçuya 12 500 avro çatacaq. Oyunçu bu ödənişin bir hissəsindən imtina edə bilsə də, onun payı müəyyən edilmiş minimum həddən aşağı düşə bilməz. Qayda milli qanunvericilik və kollektiv müqavilələrdəki müvafiq istisnalar nəzərə alınmaqla tətbiq ediləcək.

Digər dəyişikliklər isə aşağıdakılardır:

1. Gecikdirilmiş ödənişlərə görə illik 8 faiz

FİFA-nın Futbol Tribunalı borc mübahisələrinə baxarkən, müqavilədə başqa faiz dərəcəsi nəzərdə tutulmadığı halda, gecikdirilmiş ödənişlərə illik 8 faiz tətbiq edəcək. Məsələn, klub futbolçuya 10 min avro borclu qalarsa, bir illik gecikməyə görə əlavə 800 avro hesablanacaq.

2. Müqavilələrin vaxtından əvvəl pozulması

Üzrlü səbəb olmadan müqaviləni birtərəfli qaydada pozan tərəf qarşı tərəfə kompensasiya ödəməli olacaq. Kompensasiya hesablanarkən, bir qayda olaraq, müqavilənin qalan müddəti üzrə dəyər və dəymiş zərər nəzərə alınacaq.

Lassana Diarra işi ilə bağlı Avropa İttifaqı Ədalət Məhkəməsinin qərarından sonra yeni qaydalarda futbolçunun müqaviləni əsassız pozması zamanı yeni klubun avtomatik olaraq kompensasiya ödəməsi və ya futbolçunu müqaviləni pozmağa təhrik etmiş sayılması prinsipləri dəyişdirilir. Bundan sonra yeni klubun maliyyə məsuliyyəti yalnız futbolçunu müqaviləni pozmağa təhrik etdiyi sübuta yetirilərsə yarana bilər.

3. Gənc futbolçuların müqavilə müdafiəsi uzadılır

23 yaşına çatmamış futbolçuların imzaladığı müqavilələr üzrə qorunan müddət üç ildən dörd ilə və ya dörd mövsümə qədər artırılır. Bu müddətdə üzrlü səbəb olmadan müqaviləni pozan oyunçu dörd aylıq diskvalifikasiya ilə üzləşə bilər. Ağırlaşdırıcı hallar olduqda cəza altı aya qədər artırıla bilər.

Klubun müqaviləni qanunsuz pozması halında isə maliyyə və idman sanksiyaları nəzərdə tutulur. Təkrar pozuntular yeni futbolçuların qeydiyyatına məhdudiyyət, hətta iki transfer pəncərəsi müddətinə qadağa ilə nəticələnə bilər.

4. Yetkinlik yaşına çatmayan futbolçularla beşillik müqavilə

Klublar müəyyən edilmiş müddət ərzində öz akademiyalarında yetişmiş, 18 yaşına çatmamış futbolçularla beş ilədək müqavilə bağlaya biləcəklər. Hazırkı qaydalara əsasən, belə oyunçular klubda ən azı üç il yetişməlidir. Bir mövsümdə bu qayda üzrə ən çox beş müqavilə bağlamağa icazə veriləcək. Əməkhaqqının məcburi artırılması və digər şərtlər də nəzərdə tutulur.

5. Futbolçulara qarşı təzyiqlərə qadağa

Yeni reqlament klubların futbolçulara təzyiq göstərmək məqsədilə onları məşqlərdən kənarlaşdırmasını, qeydiyyat məsələlərindən manipulyasiya vasitəsi kimi istifadə etməsini, pasportlarını saxlamağını və qanunsuz şəkildə yaşayış yerindən çıxarmasını qadağan edir. Belə hallar futbolçuya kluba kompensasiya ödəmədən müqaviləni ləğv etmək hüququ verə bilər.

Qeyd edək ki, yeni reqlament 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. FIFA-nın açıqlamasına əsasən, transfer məbləğindən 5 faiz pay verilməsini nəzərdə tutan 21bis maddəsi yalnız həmin tarixdən sonra bağlanan müqavilələrə şamil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:50

Çili Futbol Assosiasiyası hakimə 16 milyonluq təzminat ödədi

Futbol
Bu gün, 21:40

Xorvatiyalı hücumçuya göz dikib - Premyer Liqanın iştirakçısı

Futbol
Bu gün, 21:27

“Milan” Endrik üçün 70 milyon avro təklif etdi: Mourinyo transferə qarşı çıxır

Futbol
Bu gün, 21:26

PSJ portuqaliyalı yarımmüdafiəçi ilə müqavilə imzalayacaq

Futbol
Bu gün, 21:04

V Enənəvi Minifutbol Turnirində Əmirxeyir Qələbə Qazanıb

Futbol
Bu gün, 20:40

Gənc hakimin “Şamaxı – Turan Tovuz” matçına təyinatı və iki FIFA hakimin “Araz‑Naxçıvan – Neftçi” qarşılaşmasında rolu

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Oxşar xəbərlər