top
“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq Idman.biz
Bu gün, 20:11
- ↺ +

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda İngiltərənin "Aston Villa" klubuna qarşı keçiriləcək oyunu buraxacaq.

İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Okan Buruk oyunöncəsi mətbuat konfransında açıqlayıb.

Türkiyəli mütəxəssis Osimhenin qarşılaşmada iştirak etməyəcəyini təsdiqləyərək digər zədəli futbolçuların vəziyyətinə də aydınlıq gətirib.

"Osimhen sabah bizimlə olmayacaq. Yakobsla bağlı isə bu gün son yoxlamanı keçirəcəyik. Heç olmasa, ehtiyat oyunçular skamyasında yer alması bizim üçün vacibdir. Onun məşqə çıxıb-çıxmayacağını qiymətləndirəcəyik. Növbəti oyunda, "Beşiktaş"la qarşılaşmada meydana çıxa bilər. Həmin matça qədər altı gün vaxtımız var. Hazırda sabah oynamaq ehtimalı olan futbolçu Yakobsdur", - deyə Buruk söyləyib.

Baş məşqçi zədələr səbəbindən heyətdə seçim imkanlarının azaldığını da etiraf edib:

"Zədələrdən sonra heyətimiz bir qədər daralıb. Buna baxmayaraq, meydana çıxacaq çox yaxşı komandamız var. Ehtiyatdan oyuna qoşula biləcək futbolçularımız da mövcuddur. Bəzi mövqelərdə çətinlik çəkə bilərik. Futbolçuların hazırkı vəziyyətinə uyğun qərar verəcəyik".

Buruk "Aston Villa"nın baş məşqçisi Unay Emerinin Avropa turnirlərindəki uğurlarına xüsusi diqqət çəkib:

"Çox güclü komandaya qarşı oynayacağıq. Emeri Avropanın ən uğurlu məşqçilərindən biridir. Onun komandası Çempionlar Liqasında doqquz xal toplayıb. Biz isə son iki oyunumuzu qazandığımız üçün özümüzə inanırıq. Doğma meydanda oynamağın üstünlüyündən maksimum yararlanmağa çalışacağıq".

Türkiyəli çalışdırıcı bu qarşılaşmanın komandanın gələcək hədəfləri baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb:

"Əgər xəyallarımız varsa, onları gerçəkləşdirmək üçün sabah çox vacib fürsətimiz olacaq. Ümid edirəm ki, həm özümüzün, həm də azarkeşlərimizin arzularına çatmaq yolunda mühüm qələbə qazanacağıq".

Buruk Çempionlar Liqasında qarşıdakı oyunların turnir taleyini müəyyənləşdirəcəyini də qeyd edib:

"Barselona" ilə matçdan sonra növbəti beş oyunun bizim üçün həlledici olduğunu demişdim. Onlardan ikisini qazandıq, indi üçüncüsünə çıxırıq. Əsas məqsədimiz qələbədir, amma Çempionlar Liqasında məğlub olmamaq da çox vacibdir. İlk 16-lıqda və ya 24-lükdə yer almaq üçün xal toplamalıyıq".

Baş məşqçi rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun çıxışını da yüksək qiymətləndirib. Onun sözlərinə görə, gənc futbolçu Çempionlar Liqasının son üç oyununda ardıcıl fərqlənib və bu seriyanı davam etdirmək potensialına malikdir.

Buruk "RAMS Park" stadionunun ot örtüyünün vəziyyətinə də toxunub. O, meydanda yenidən hibrid örtük tətbiq edildiyini, toxum səpildiyini və son iki həftədə otların cücərdiyini deyib. Mütəxəssis ideal örtük gözləmədiklərini, lakin meydanın futbol oynamaq üçün yararlı olacağına ümid etdiklərini söyləyib.

Qeyd edək ki, "Qalatasaray" - "Aston Villa" qarşılaşması noyabrın 24-də İstanbulda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Oxşar xəbərlər