top
PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə Idman.biz
Bu gün, 20:26
- ↺ +

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Fransanın PSJ klubu iki əsas hücumçusunun ağır zədələnməsindən sonra qış transfer pəncərəsi ilə bağlı strategiyasını yenidən nəzərdən keçirə bilər.

İdman.Biz "Sport" nəşrinə istinadən xəbər verir ki, Xviça Kvaratsxeliyanın ardınca Dezire Duenin də dizinin ön çarpaz bağını qoparması Paris təmsilçisinin rəhbərliyini hücum xəttinə yeni futbolçu cəlb etmək variantını qiymətləndirməyə vadar edib.

Bir ay ərzində iki aparıcı cinah oyunçusunu itirən PSJ-nin hücum üçlüyündən yalnız Usman Dembele sırada qalıb. Fransalı futbolçu da bu yaxınlarda zədəsini sağaldaraq meydana qayıdıb.

Məlumata görə, Paris klubunun diqqət mərkəzində "Bayer"in yarımmüdafiəçisi İbrahim Maza, "Köln"ün cinah oyunçusu Said El-Mala, "Monako"nun hücumçusu Paris Brunner və "Betis"in futbolçusu Abde Ezzalzuli var. Bununla belə, Brunnerin qış transferi üçün prioritet namizədlərdən olmadığı barədə də məlumat yayılıb.

Baş məşqçi Luis Enrike isə zədələrə görə tələsik transferlər həyata keçirmək niyyətində olmadığını vurğulayıb.

"Biz transfer bazarındakı bütün imkanlara həmişə açığıq. Ancaq hansısa futbolçunun zədələnməsi səbəbindən transfer etməyəcəyik. Biz əsl komandayıq", - deyə ispaniyalı mütəxəssis söyləyib.

PSJ-nin hazırkı heyətində Maqnes Akliuş, Mika Qodts və Ferran Torres kimi hücumameyilli futbolçular var. Bundan başqa, klub akademiyasının yetirmələri Senni Mayulu və Kenten Ncantunun imkanlarından da yararlana bilər.

Qeyd edək ki, Kvaratsxeliya oktyabrda "Barselona" ilə oyunda, Due isə noyabrın 21-də "Nitsa"ya qarşı qarşılaşmada ağır diz zədəsi alıb. Hər iki futbolçunun mövsümün qalan hissəsini buraxacağı gözlənilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Oxşar xəbərlər