Çili Peşəkar Futbolunun Milli Assosiasiyası hakim Montserrat Maturana ilə məhkəmə mübahisəsinin həlli çərçivəsində ona 16 milyon 124 min 210 Çili pesosu (təxminən 1,3 milyon rubl) təzminat ödəyib.
Sportify.az "BioBioChile" nəşrinə istinadla xəbər verir ki, Maturana 2025-ci ildə təşkilata qarşı məhkəmə iddiası qaldıraraq əsassız işdən çıxarılma, ayrı-seçkilik və iş yerində təzyiqlərə məruz qalmaqda ittiham irəli sürüb.
Hakimin iddiasına əsasən, o, iş yerində alçaldılma, psixoloji təzyiq və cinsi mənsubiyyətinə görə ayrı-seçkiliklə üzləşib. Maturana bu halların səhhətində ciddi problemlərə səbəb olduğunu və tibbi yardım almağa məcbur qaldığını bildirib.
2025-ci ilin dekabrında tərəflər barışıq əldə edə bilməyiblər. Məhkəmə prosesi 2026-cı il noyabrın 2-nə təyin olunsa da, oktyabrın 15-də assosiasiya ilə hakimin nümayəndələri təzminat ödənilməsini nəzərdə tutan razılaşma imzalayıblar. Vəsait artıq Maturananın hesabına köçürülüb.