"Espanyol" İspaniya çempionatının oyunlarının cümə və bazar ertəsi günlərinə təyin olunmasından narazıdır.
Klub son turlarda matçların təqviminə etiraz edib. Kataloniya təmsilçisinin son 6 qarşılaşmasından 5-i cümə və ya bazar ertəsi günlərinə salınıb. Komanda cümə günü "Vilyarreal", "Atletik" və "Alaves", bazar ertəsi isə "Xetafe" və "Selta" ilə üz-üzə gəlib.
"Bu tendensiya təkrarlanır və kluba, xüsusilə də azarkeşlərimizə birbaşa zərər vurur. Azarkeşlər klubun ən böyük sərvətidir və onlar komandaya dəstək olmaq üçün əlverişli oyun cədvəlinə layiqdirlər. Ev oyunlarının stadiona gəlməyi çətinləşdirən günlərə təyin olunması komandanı vacib üstünlükdən – azarkeş dəstəyindən məhrum edir", – deyə klubun bəyanatında bildirilib.