Fransa klubu PSJ Ukrayna "Şaxtyor"unun cinah oyunçusu Alisson Santananı yanvar transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün namizədlər siyahısına daxil edib.
Sportify.az xəbər verir ki, bu barədə jurnalist və insayder Ekrem Konur X sosial şəbəkəsində məlumat yayıb.
Paris klubunun transfer bazarına üz tutmasının əsas səbəbi iki cinah hücumçusunun zədələnməsidir. Xviça Kvaratsxeliya oktyabrın 20-də UEFA Çempionlar Liqasının "Barselona" ilə matçında (4:2) sağ dizinin ön çarpaz bağını zədələyib. Noyabrın 21-də isə PSJ-nin digər cinah oyunçusu, 21 yaşlı Dezire Due "Nitsa" ilə Fransa çempionatı matçında (3:2) analoji zədə alıb.
Bildirilir ki, braziliyalı futbolçu artıq PSJ skautlarının diqqətini cəlb edib.