top
“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi Idman.biz
Bu gün, 19:57
- ↺ +

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Türkiyə millisinin, "Qalatasaray" və "Fənərbağça" klublarının sabiq futbolçusu Emre Mor 29 yaşında peşəkar karyerasına fasilə verib.

İdman.Biz Niderlandın NEK klubunun rəsmi saytına istinadən xəbər verir ki, cinah hücumçusu sağlamlığına diqqət ayırmaq məqsədilə futboldan müvəqqəti uzaqlaşmaq qərarına gəlib. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Futbolçu qərarını belə izah edib:

"Uşaqlıqdan yalnız bir arzum olub - peşəkar futbolçu olmaq. Bu arzumu gerçəkləşdirmək mənim üçün hər şey demək idi. Sevdiyim idman növünə həmişə bütün gücümü verməyə çalışmışam. Lakin son vaxtlar səhhətimlə bağlı müəyyən çətinliklərlə üzləşmişəm. Artıq bədənimin səsinə qulaq asmalı, imkanlarımı nəzərə almalı və sağlamlığımı birinci yerə qoymalıyam.

Buna görə də peşəkar futboldan müvəqqəti uzaqlaşmaq və diqqətimi özümə yönəltmək kimi çətin qərar verdim. Futbola sevgim heç vaxt dəyişməyəcək. Gələcəyin mənə nələr gətirəcəyinə dair ümidimi qoruyuram".

NEK-in idman direktoru Karlos Aalbers də futbolçunun qərarına münasibət bildirib:

"Emre çox istedadlı futbolçudur. Ötən yay onun potensialını komandamızda nümayiş etdirməsi üçün birlikdə çalışmağa başladıq. Təəssüf ki, hazırda istədiyi səviyyədə çıxış edə bilmədiyini bizə çatdırdı. Məsələni müzakirə etdik və hər iki tərəf üçün ən doğru yolun bu olduğu qənaətinə gəldik. İnsan sağlamlığı hər zaman birinci yerdədir".

Qeyd edək ki, ötən yay NEK-lə ikiillik müqavilə imzalayan Emre Mor Niderland təmsilçisinin heyətində yeddi oyuna çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. O, yeganə qolunu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində "Olimpiakos"la qarşılaşmanın əlavə vaxtında vurub.

Türkiyə millisində 15 oyun keçirən futbolçu daha əvvəl Dortmund "Borussiya"sı, "Selta", "Qalatasaray" və "Fənərbağça" kimi klublarda çıxış edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Futbol
Bu gün, 18:52

Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır”

Futbol
Bu gün, 18:32

Mourinyo Vinisiusdan danışdı: “O, yenidən ən yüksək səviyyəsinə qayıdacaq”

Futbol
Bu gün, 18:29

Qalatasaray, Viktor Osimhen olmadan Aston Villa ilə oynayacaq

Tennis
Bu gün, 18:25

Ölkə kubokunda 100-dən çox tennisçi mübarizə aparır

Futbol
Bu gün, 18:22

“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz

Futbol
Bu gün, 18:22

Emre Mor Sağlamlıq Problemləri Nəqlində Futbola Ara Vermək İstəyir

Futbol
Bu gün, 18:20

“Onun baxışları ilə razılaşdım, buna görə də bura gəlməyə qərar verdim”

Futbol
Bu gün, 18:17

“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

Futbol
Bu gün, 18:06

Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər – İDMAN.BİZ-in İCMALI

Oxşar xəbərlər