top
Valverde Tçuameni ilə insidentlə bağlı yayılan dava xəbərlərinə aydınlıq gətirdi Idman.biz
08 may 2026, 09:56
- ↺ +

Valverde Tçuameni ilə insidentlə bağlı yayılan "dava" xəbərlərinə aydınlıq gətirdi

İspaniyanın "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Federiko Valverde komanda yoldaşı Orelyen Tçuameni ilə yaşadığı insidentdən sonra açıqlama yayıb.

İdman.Biz xəbər verir ki, uruqvaylı futbolçu hadisənin dava kimi təqdim olunmasına etiraz edib.

"Dünən məşq zamanı komanda yoldaşımla insident yaşadım. Yarışların yorğunluğu və məyusluq hər şeyin şişirdilmiş görünməsinə səbəb oldu. Normal paltardəyişmə otağında belə şeylər baş verə bilər və adətən, komandanın daxilində həll olunur, ictimaiyyətə açıqlanmır. Aydındır ki, burada kimsə şayiələr yayır və titulsuz mövsümdə "Real Madrid" hər zaman diqqət mərkəzində olduğu üçün hər şey nəzarətdən çıxır", - deyə Valverde bildirib.

Yarımmüdafiəçi etiraf edib ki, aralarında anlaşılmazlıq yaranıb:

"Mübahisə zamanı təsadüfən masaya dəydim, bu da alnımda kiçik cızıq yaratdı və adi müayinə üçün xəstəxanaya getməli oldum. Komanda yoldaşım məni vurmayıb, mən də onu vurmamışam. Başa düşürəm, bizim əlbəyaxa olduğumuza və ya bunun qəsdən baş verdiyinə inanmağınız daha asandır, amma belə olmayıb".

Valverde hadisədən təəssüfləndiyini bildirib və bu vəziyyətin ona ağrı verdiyini bildirib:

"Real Madrid" həyatımın ən vacib şeylərindən biridir və mən buna laqeyd qala bilmərəm. Nəticədə o qədər şey yığıldı ki, bu, mənim imicimə zərbə vuran və şübhələrə yer açan mənasız mübahisəyə çevrildi.

Şübhə etmirəm ki, meydandan kənardakı istənilən fikir ayrılıqlarımız meydanda yox olur və bunu stadionun içində qorumaq lazım gəlsə, birinci mən olacağam. Mövsümün sonuna qədər açıqlama vermək niyyətində deyildim. Bizi Çempionlar Liqasından kənarlaşdırdılar və mən qəzəbimi, incikliyimi özümdə saxlayırdım.

Tibbi qərarlar səbəbindən növbəti oyunda iştirak etməyimə imkan verməyən bu vəziyyətdən ən çox kədərlənən və əziyyət çəkən şəxs mənəm. Klubun və komanda yoldaşlarımın zəruri hesab edəcəkləri istənilən qərarda əməkdaşlıq etmək üçün onların sərəncamındayam".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:09

“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu

Futbol
Bu gün, 12:07

“Marafon”un baş məşqçisi komandasının çıxışını dəyərləndirdi

Futbol
Bu gün, 12:05

Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama

Qarabağ FK
Bu gün, 12:00

XII turun rəmzi komandası: “Qarabağ”, “Sabah”, “Neftçi”, “Turan Tovuz” və “Kəpəz”dən ikilik, “Qəbələ”dən birkəsi

Futbol
Bu gün, 11:59

Joan Laportanın Bakıda əyləncəli anları - VİDEO

Basketbol
Bu gün, 11:55

Yokiç və Devis

Futbol
Bu gün, 11:40

Ukrayna klubunun braziliyalısı PSJ-nin "radar"ına düşüb

Qarabağ FK
Bu gün, 11:40

Verilişin sponsorları: "YaaRa Tekstil" və "Asadov Pro Bridge" agentliyi

Futbol
Bu gün, 11:38

Qara Qarayevin iştirakı ilə “Yaşıl Top” layihəsinin növbəti tədbiri təşkil olunub

Minifutbol
Bu gün, 11:38

Səudiyyə Ərəbistanında legioner futbolçuların limiti 14‑ə qədər artırıla bilər

Digər
Bu gün, 11:30

“Şəfa”da idarəçilik böhranı: Zaur Həşimov tək qalıb, rəhbərlik susur

Futbol
Bu gün, 11:21

Poçettino üçün məhdud büdcə

Futbol
Bu gün, 11:20

Londona yollanan "Şaxtyor"un məşqçilər korpusunu və 8 futbolçunu Polşa ilə sərhəddə saxladılar

Futbol
Bu gün, 11:13

İspaniyada “Barselona”nın Bakıda necə qarşılandığından yazdılar - İDMAN.BİZ-in İCMALI + VİDEO

Futbol
Bu gün, 11:10

“Yuventus” bu futbolçuya elçi düşdü

Digər
Bu gün, 11:04

Rusiya idmançılarına qarşı yeni sanksiyalar

Futbol
Bu gün, 11:00

"Neftçi"nin ukraynalısı: “Hazırkı heyət daha yaxşı balanslaşdırılıb"

Futbol
Bu gün, 10:59

“Şirvan”ın baş məşqçisi: “İkinci Liqadakı hakimlik çox bərbaddır”

Futbol
Bu gün, 10:54

“Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO

Cüdo
Bu gün, 10:54

Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib - VİDEO

Qarabağ FK
Bu gün, 10:47

“Ən sevindirici məqam ailələrin, xanımların, yaşlıların komandamıza dəstək olmasıdır”

Futbol
Bu gün, 10:45

Karlos Alos Ferrer: Sabahın qapıçısı Stas Pokatilov üçün Barselona qarşısında oyun çətin olacaq

Futbol
Bu gün, 10:44

“Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili

Qarabağ FK
Bu gün, 10:40

Qəbələnin çətin vəziyyəti – bu da müvəqqəti

Oxşar xəbərlər