top
Şəmsəddin Abbasov İDMAN.BİZ-ə müsahibəsində idman şərhçiliyinin incəlikləri, çətinlikləri və inkişafından danışıb Idman.biz
12 may 2026, 12:08
- +

Şəmsəddin Abbasov İDMAN.BİZ-ə müsahibəsində idman şərhçiliyinin incəlikləri, çətinlikləri və inkişafından danışıb

Şəmsəddin Abbasov "CBC Sport" telekanalının idman şərhçisi, həmçinin xəbərlər və sosial media xidmətinin direktorudur. O, peşəkar fəaliyyətə 2004-cü ildə başlayıb. Müxtəlif idman növləri üzrə oyunları şərh etsə də, fəaliyyətində əsas yeri futbol tutur. Abbasov futbol üzrə dünya çempionatları, Olimpiya Oyunları və digər nüfuzlu beynəlxalq turnirlərdə zəngin təcrübə qazanıb.

İdman.Biz-ə müsahibəsi zamanı Şəmsəddin Abbasov idman şərhçiliyi peşəsinin çətinlikləri və incə məqamlarından danışıb, uzun illər ərzində qazandığı təcrübəni və yadda qalan hadisələri bölüşüb. O, həmçinin müasir futbolun inkişafı, bugünkü futbol atmosferi və şərhçinin oyundakı rolu ilə bağlı fikirlərini də açıqlayıb.

– İdman şərhçiliyinə gəlişiniz necə baş verdi?

– Mən həmişə idmanı sevmişəm. Lider TV-nin idman redaksiyasında işləməyə başlayanda kanal futbola böyük diqqət ayırmağa başladı və şərhçilərə ehtiyac yarandı. Beləcə mənim üçün də fürsət yarandı. Özüm də bunu istəyirdim və üzərimdə çox çalışırdım.

– Həmin dövrlə müqayisədə bu gün Azərbaycanda idman şərhçiliyi nə dərəcədə inkişaf edib?

– Mən başlayanda, əlbəttə ki, çətin idi. Nə kurslar var idi, nə də buna bənzər imkanlar. Azərbaycanda idman şərhçiliyi məktəbi müstəqillikdən və idman telekanallarının yaranmasından sonra formalaşmağa başladı. Ondan əvvəl də mütəxəssislər var idi, amma onların inkişaf etməsi üçün kifayət qədər geniş kontent yox idi.

Bu gün ölkədə iki idman telekanalı fəaliyyət göstərir. Onlar kadr hazırlığı üçün baza rolunu oynayır. "CBC Sport" uzun illərdir müxtəlif müsabiqələr keçirir və onların nəticələrinə əsasən şərhçilər seçilir. Bu müddətdə məhz "CBC Sport" məktəbindən çıxan çoxlu yeni simalar yetişib. Bu da sevindiricidir.

– Şərhçilik gəlirli peşədirmi?

– Bu gün Azərbaycanda çox yaxşı şərhçilər fəaliyyət göstərir. Mən onların işini yüksək qiymətləndirir və həmkarlarımı məmnuniyyətlə dinləyirəm. Amma desəm ki, bu peşədə yüksək qazanc var, yəqin ki, tam səmimi səslənməz.

Bu sahədə böyük pullar yoxdur. Bəzən bizi reklam kampaniyalarına və ya çarxlara dəvət edirlər, amma bunun üçün olduqca gülməli məbləğlər təklif olunur. Əgər inkişaf istəyiriksə və yüksək səviyyəli şərhçilər görmək istəyiriksə, peşəkarlıq da normal bazar qiymətləri ilə qiymətləndirilməlidir.

– Yaxşı şərhçi olmaq üçün nə lazımdır?

– İlk növbədə geniş bilik bazası vacibdir. Təkcə bir idman növünü yaxşı bilmək kifayət etmir, müxtəlif sahələrdən də məlumatlı olmaq lazımdır. Bundan əlavə, şərhçi bir neçə xarici dili bilməlidir. Xüsusilə beynəlxalq yarışlar zamanı və hadisə yerindən operativ informasiya almaq üçün bu, böyük əhəmiyyət daşıyır.

Digər vacib məqam emosiyaları idarə etmək bacarığıdır. Şərhçiliyin müxtəlif məktəbləri var: daha emosional və daha analitik yanaşma. Bu isə insanın xarakterindən, temperamentindən, biliyindən və təcrübəsindən asılıdır.

Ən vacibi isə tanınmaq və öz auditoriyanı formalaşdırmaqdır. Səni sevməyə bilərlər, amma tanımalıdırlar. İşini yaxşı görsə belə, buna nail ola bilməyən şərhçinin halına acıyıram.

– Bəs sizin öz auditoriyanız varmı? Onlar kimlərdir?

– Hesab edirəm ki, mənim öz auditoriyam var. Bunlar mütaliəli, futbolu yaxşı anlayan və analitik düşüncəyə malik insanlardır.

Yadımdadır, oyunların birində "Qarabağ"ı və onun rəqibini qədim yunan mifologiyasının qəhrəmanları ilə müqayisə etmişdim. Matç Yunanıstanda keçirildiyi üçün "atlılara" qanadlı at Peqas obrazını vermişdim. Demişdim ki, biz qədim yunanların müdriklik və hərbi strategiya ilahəsi Afinanı fəth etməyə gəlmişik. Şəhərin adı da məhz onun adından götürülüb.

Təəssüf ki, bu müqayisə bəziləri tərəfindən düzgün anlaşılmadı. Hətta bəzi radikal düşüncəli şəxslər bunu çoxallahlığın təbliği kimi təqdim etməyə çalışdılar. Halbuki belə bir niyyət qətiyyən olmayıb.

Amma bir yaşlı kişi mənimlə əlaqə saxladı. Dedi ki, uzun müddət nəvəsini qədim yunan mifləri və əfsanələri ilə maraqlandırmağa çalışsa da, alınmayıb. Lakin uşaq bunu yayım zamanı eşidəndən sonra mövunu araşdırmağa başlayıb. Mənim üçün bu böyük uğurdur. Deməli, məni dinləyən auditoriya var.

– Elə hiss olunur ki, tənqid bu peşənin ayrılmaz hissəsidir...

– Şərhçi də hakim kimi futboldakı ən nankor peşələrdən biridir. İşini yaxşı da görsən, pis də görsən, səni tənqid edənlər həmişə olacaq. Bu, bir çox ölkədə belədir.

Təəssüf ki, bizdə çoxları idman şərhçilərini sevmir və qiymətləndirmir. Bəli, hər kəsin zövqü fərqlidir, amma şəxsiyyətə keçmək və təhqir etmək düzgün deyil. Sosial şəbəkələrdə bununla tez-tez rastlaşırıq. Bəzən səni təhqir edən adamın profilinə baxırsan və görürsən ki, onun cəmi 13 yaşı var. Nə futbolu anlayır, nə də həyatı. İstərdim ki, tənqidlər daha obyektiv olsun.

– İşinizlə bağlı həyatda xoşagəlməz hallarla qarşılaşmısınızmı?

– Bəli, yenə Afinada baş verən bir hadisə idi. "Olimpiakos" - "Qarabağ" oyunu zamanı şərhçi kabinəsi VIP tribunaya çox yaxın yerləşirdi və şüşələr şəffaf idi. "Qarabağ"ın vurduğu hər qoldan sonra stadion susurdu, yalnız mənim səsim eşidilirdi. Həmin anlarda VIP tribunadakı insanlar mənə aqressiv şəkildə baxır, şüşəyə yaxınlaşıb əlləri ilə vururdular.

Təbii ki, belə anlarda emosiyalarını tamaşaçıya ötürməməli, işini davam etdirməli və özünü ələ almalısan. Amma yenə də xoşagəlməz və müəyyən mənada qorxulu idi. Çünki birdən içəri girsələr, nə baş verəcəyini bilmirsən.

Oyundan sonra UEFA nümayəndəsi məndən şərhçi otağını tərk etməyə tələsməməyi xahiş etdi. Bu baxımdan onlara təşəkkür düşür. Çünki onlar üçün matç iştirakçılarının təhlükəsizliyi hər zaman prioritetdir. Təxminən yarım saat sonra təhlükəsizlik əməkdaşları ilə birlikdə stadionu rahat şəkildə tərk etdim.

– Darıxdırıcı oyunlar zamanı şərhçini nə xilas edir?

– Çox yaxşı hazırlaşmaq və maksimum məlumat toplamaq vacibdir. Amma bu məlumatların hamısını tamaşaçıya çatdırmaq lazım deyil. Əgər oyun maraqlı, dinamik və qollu keçirsə, həddindən artıq informasiya tamaşaçını yorur.

Amma elə oyunlar da olur ki, darıxdırıcı keçir və fasilələr yaranır - zədə, texniki problem və ya başqa səbəblərdən. Məhz həmin məqamlarda topladığın məlumatlar köməyə çatır. Məsələn, bir dəfə "Liverpul" - "Real Madrid" Çempionlar Liqası oyunu ingilis azarkeşlərin biletlərlə bağlı problemi səbəbindən 30 dəqiqə gecikmişdi. Mənim efirdən çıxmaq imkanım var idi, amma kanal rəhbərliyinə dedim ki, danışmağa kifayət qədər mövzum var və yayımı davam etdirə bilərik.

– Sizcə, futbol bu illər ərzində necə dəyişib?

– Düşünürəm ki, futbol əvvəlki rəngarəngliyinin və fantaziyasının bir hissəsini itirib. Son illərdə futbol məşqçi ideyalarının məhsuluna çevrilib: mütəxəssislər bir-birini kopyalamağa başlayıblar və indi bir çox komanda demək olar ki, eyni futbol oynayır. Futbolda fərdiliyə daha az yer qalıb.

Bu gün artıq bir oyunçunun komandası adlandırıla biləcək kollektivlər demək olar ki, yoxdur. Nəticə baxımından bu yaxşıdır, amma tamaşa baxımından təəssüf ki, yox. Müasir futbolun pis olduğunu demirəm. Xeyr, o yenə də gözəldir. Sadəcə mənim fikrimcə, 20-30 il əvvəl daha maraqlı və rəngarəng idi.

– Futboldan başqa hansı idman növlərini şərh etməyi sevirsiniz?

– Bir çox idman növünü şərh etmişəm, amma futbolla yanaşı ən çox sevdiyim idmanlardan biri sumo olub. Təxminən 10 il əvvəl kanalımız bu yarışların yayım hüquqlarını əldə edəndə sumo ilə tanış oldum. O vaxt şərhçilərdən heç kim bu sahəyə girişməyə risk etmirdi, amma mən internet vasitəsilə sumonu dərindən öyrənməyə başladım.

Zaman keçdikcə anladım ki, sumo təkcə idman deyil, həm də Yaponiya tarixi, ənənələri və dini ilə sıx bağlı bir mədəniyyət hadisəsidir.

Beləcə sumo yarışlarını şərh etməyə başladım. Açığı, bu sahə mənim üçün çox maraqlı idi. İstərdim ki, bir gün yenidən bu gözəl döyüş sənəti növünün yayımlarında iştirak etmək imkanım olsun.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:28

Luis Holl “Nyukasl” ilə uzunmüddətli müqavilə imzaladı

Futbol
Bu gün, 05:39

Neymar 2 milyon avroluq FIFA qadağasını aradan qaldırmaq üçün Santos klubuna kömək etdi

Futbol
Bu gün, 04:31

Joao Pedro avqust ayı üçün İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu seçildi

Güləş
Dünən, 21:27

Azərbaycan yunan‑Roma güləşi millisinin növbəti təlim‑məşq toplanışı başlayır

Digər
Dünən, 21:19

Elit Polo Club yarımfinala yüksəldi – Sea Breeze 2026 beynəlxalq çimərlik polosu turniri

Futbol
Dünən, 21:10

Sumqayıt 1+2 illik müqavilə ilə Burkina Faso millisinin üzvü Mamadi Banqreyi transfer etdi

Futbol
Dünən, 21:05

Fərid Namazov: “Neftçi” matçda dominant oynadı, ancaq qalib gəlmədi

Futbol
Dünən, 20:21

Vernidub: “Müdafiə çox yersiz iki qol buraxdı, buna görə narahatıq”

Futbol
Dünən, 19:48

Barcelonanın Alvares transferi üçün iki oyunçu ilə yolları ayırması mümkündür

Futbol
Dünən, 19:17

İmişli, “Neftçi”ni 3:2 hesabına məğlub etdi

Futbol
Dünən, 18:00

Maaş tələbləri səbəbindən Neftçi Azarkanın transferini rədd etdi

Futbol
Dünən, 17:18

Azərbaycanda Litva-macının biletləri onlayn satışa çıxarıldı

Qarabağ FK
Dünən, 17:00

Kiyev “Dinamo” Edvard İordaneskuya 3 illik müqavilə təklif edib

Futbol
Dünən, 15:53

Tibo Kurtua Real Madrid ilə müqaviləsini uzatmaq üçün razılaşdı

Futbol
Dünən, 15:26

“Sabah” Çempionlar Liqası debüt matçında 11 fərqli assosiasiyanı təmsil edən ilk klub oldu

Minifutbol
Dünən, 15:01

“Buxar Sumqayıt” minifutbol komandası Avropa Kubokunun G qrupunda üç rəqib ilə qarşılaşacaq

Boks
Dünən, 12:52

Azərbaycanda 23 yaşadək boksçular Qazaxıstanın Aktau şəhərində beynəlxalq turnirə çıxacaq

Minifutbol
Dünən, 12:35

Çexiya yığması Gürcüstanla yoldaşlıq matçını 2-2 hesabı ilə başa çatdırdı

Futbol
Dünən, 06:34

Harry Kane Çempionlar Liqasında 10-cu sıraya çıxdı

Futbol
Dünən, 06:19

“Sabah” Çempionlar Liqasının ilk turunda 0:4 məğlubiyyəti və 34‑cü yer

Futbol
Dünən, 05:47

UEFA Çempionlar Liqasının ilk turunun həftə oyunçusu üçün dörd namizəd – Rafinya, Ferran Torres, Mark Bartra, Ermedin Demiroviç

Futbol
Dünən, 04:30

Aziz Yıldırım: “İsmail Kartal istefasına baxmayaraq işini davam etdirəcək”

Futbol
Dünən, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Dünən, 01:36

Benyamin Şeşko: Sabah qapıçısının irəli çıxması qol üçün əlverişli şərait yaratdı

Oxşar xəbərlər