top
Flik: Sabah bizə çətin anlar yaşatdı, amma səfərdə qələbə heç vaxt asan deyil; Qol.az
Bu gün, 00:15
- ↺ +

Flik: Sabah bizə çətin anlar yaşatdı, amma səfərdə qələbə heç vaxt asan deyil;

Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" Bakıda "Sabah"ı 4:1 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Kataloniya təmsilçisinin baş məşqçisi Hans Diter Flik matç haqda fikirlərini bildirib:

"Təbii ki, bu cür oyunlar futbolçular üçün çətin olur. Birinci hissədə 70 faiz topa sahib idik. Qoldan məmnun qalmadım. Çox asan qol buraxdıq, ciddi səhv etdik. Nəticədə üç xal qazandıq. Bizim üçün vacib xallardır. İkinci hissədə daha intensiv oyun getdi. Əlimizdən gələni etdik ki, hesabı qoruyaq".

Flik oyunçuların performansından razı qaldığını bildirib: "Yaxşı oynadılar. Birinci hissədən sonra dəyişikliklər etdim. Bəzi oyunçuları fasilədən sonra çıxardıq. 45 dəqiqə oynayanlar o demək deyil ki, pis çıxış etdilər. Sadəcə istədik ki, digər oyunçulara da şans verək. Nəzarət bizdə idi. Məmnunuq".

Baş məşqçi Aleks Baldenin durumu ilə bağlı suala cavab verib: "Nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Oyunu da yaxşı keçirdi. Bu matçda bir az az oynadı. Amma ümumi olaraq yaxşı hesab etmək olar".

O, Qabriel Xesusin "Sabah"a qarşı performansını da dəyərləndirib. Mütəxəssis futbolçuya daha çox şans verib-verməmək istəməmsi haqda danışıb: "Bu, asan deyil. Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel elə futbolçudur ki, məşqlərdə özünü yaxşı göstərir, oyuna fokuslanır. Həmişə matçlara pozitiv yanaşır, Bakıya gələndə onunla danışdım. Bilmirəm bu, ona necə təsir göstərdi".

Mütəxəssis daha az oynayanların "Sabah"a qarşı çətinlik çəkib-çəkməməsi ilə bağlı suala belə cavab verib: "Əlbəttə, asan deyil onlar üçün. Oyun çətin keçdi. Onların meydanda az olması mənfi tərəfdən təsir göstərmədi. Oyunlarından razı qaldım. İkinci hissədə oyuna daha çox nəzarət etdik, daha çox qol vurduq, intensivlik daha yüksək idi. Üç xaldan məmnunam, səfərdə qalib gəldik. Kiməsə normal gələ bilər, amma qələbə heç vaxt asan deyil".

Hans Diter Flik Çempionlar Liqasında ən uzun səyahəti və bu prosesin necə keçməsi ilə bağlı suala da cavab verib: "Açığı, çox şeyin şahidi olmadıq. Mükəmməl oteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən razıyam. Azərbaycana ilk səfərim deyil, milli ilə gəlmişəm, bura 4-cü səfərimdir. Səhv etmirəmsə, 17 yaşlıların turniri üçün də gəlmişəm buraya. İnkişaf var, inqilabi dəyişikliklər hiss etdim, Bakı şəhəri gözəlləşir. "Sabah" özü də ÇL-də oynayır, bu turnir dünyadakı ən yaxşı turnirdir. "Sabah"ın baş məşqçisinin fəlsəfəsi aydındır, qəhrəmancasına, gözəl anlar yaşadılar. Bizə çətinlik yaşatdılar. "Sabah"a uğurlar arzulayıram. Çox vacibdir ki, həmişə inkişaf olsun. Burada inkişaf getdiyini düşünürəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:50

Yuventus

Futbol
Bu gün, 00:48

Sabahın Barselona matçından dərslər: Valdas Dambrauskasın gözlər və boyun ağrısı

Futbol
Bu gün, 00:35

Flik: "Sabah" Çempionlar Liqasında qəhrəmanca mübarizə apardı, bizim üçün vacib xal qazandırıblar

Futbol
Bu gün, 00:29

Dambrauskas: Barcelona qarşısında oyunçuların çətinliklərini hiss etdim

Qarabağ FK
Bu gün, 00:29

Anthony Gordon Azərbaycan torpaqlarında Çempionlar Liqasının tarixində yeni rekord qırdı

Futbol
Bu gün, 00:25

Hansi Flik: "Sabaha 4:1 qalib gəldik, üç xalı almaq bizim üçün vacib idi"

Futbol
Bu gün, 00:22

Hans Flik: Sabah qəhrəmanca mübarizə apardı, qələbə heç vaxt asan olmamışdır;

Futbol
Bu gün, 00:15

Beşiktaş

Futbol
Bu gün, 00:13

Hans Flik 'Sabah'ı təriflədi: 'Onlar yaxşı və cəsarətli futbol oynayırlar, bəzi anlarda bizə çətinlik yaratdılar'

Futbol
Dünən, 23:57

Fərid Qayıbov UEFA Çempionlar Liqasında

Futbol
Dünən, 23:54

“Çelsi”nin müdafiəçisi Malo Qusto üç ingilis nəhəng klubunun hədəfində

Futbol
Dünən, 23:46

Entoni Qordon ‘Sabah’–‘Barselona’ matçının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 23:22

Amrabat Afrika çempionluğu qazanmasını Mərakeşdən alınıb olmağını ədalətsizlik adlandırdı

Futbol
Dünən, 23:13

Realın da addım atması lazımdır;

Futbol
Dünən, 23:07

Markos Alonso Xavinin "Barselona"dakinəsas çatışmazlığını açıqladı

Futbol
Dünən, 23:00

Çempionlar Liqasında hakimin sərxoş olması şübhəsi ilə fasilədə əvəzləndi

Futbol
Dünən, 23:00

Legionerlər hesabına uğur, yerli istedadların aqlığı: Azərbaycan futbolu yenə 'ögey oğula' əsalanır

Futbol
Dünən, 22:55

Fənərbağçanın U-19 komandası UEFA Gənclər Liqasında 6:0 məğlub oldu

Futbol
Dünən, 22:52

Liverpul 16 yaşlı Senegal hücumçusunu transfer etməyə hazırdır

Futbol
Dünən, 22:46

Nazirlər “Sabah”‑“Barselona” oyununu izləyirlər;

Futbol
Dünən, 22:40

İngiltərə futbolçusunun Bakıdakı Çempионлар Liqası oyununda qolları 5-ə çatdı

Qarabağ FK
Dünən, 22:40

Qarabağın çətin günlərdəki ən böyük dəstəyi – İmarət Tayfa kimdir?

Futbol
Dünən, 22:37

Sançes, Mourinyonun Real Madridə qayıdışını dəstəkləyərək nüfuzunu gücləndirir

Oxşar xəbərlər