"Bavariya" - PSJ oyunu başa çatıb.
İdman.Biz bildirir ki, UEFA Çempionlar Liqasının ikinci yarımfinal cütlüyünün cavab matçında 1:1 hesabı ilə heç-heçə qeydə alınıb. İlk oyunda qələbə qazanan (5:4) PSJ bu cütlüyün qalibi olub.
Beləliklə, Fransa təmsilçisi tarixində üçüncü dəfə Çempionlar Liqasının finalında oynamaq hüququ qazanıb. Finalda onların rəqibi Londonun "Arsenal" klubu olacaq. PSJ Çempionlar Liqasının hazırkı qalibidir.
Builki Çempionlar Liqasının final oyunu mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da olacaq.
Maraqlıdır ki, Paris klubu ilk dəfə 2019/20 mövsümündə Çempionlar Liqasının finalına çıxarkən, orada məhz "Bavariya"ya məğlub olub - 0:1.
00:58
"Bavariya" - PSJ oyununda hesab dəyişib.
90+4-cü dədiqədə Harri Keyn Münhen klubunun cavab qolunu vurub,
23:08
"Bavariya" - PSJ oyununda hesab açılıb.
3-cü dədiqədə Usman Dembele Fransa klubunu irəli çıxarıb.
23:00
UEFA Çempionlar Liqasında ikinci yarımfinal cütlüyünün cavab matçı keçirilir.
"Bavariya" klubu Fransa təmsilçisi PSJ-ni qəbul edir.
09:26
Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçı müəyyənləşəcək.
İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsinin növbəti cavab oyununda Almaniyanın "Bavariya" klubu Fransa təmsilçisi PSJ-ni qəbul edəcək.
"Allyans Arena"da keçiriləcək qarşılaşmanı portuqaliyalı baş hakim Joao Pinheyro idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Komandalar arasında ilk oyunda PSJ 5:4 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu cütün qalibi finalda İngiltərənin "Arsenal" komandası ilə üz-üzə gələcək. "Topçular" yarımfinalda "Atletiko Madrid"i ümumi hesabda 2:1 məğlub edib.