Misli Premyer Liqasının 23-cü turunda "Neftçi" "Turan Tovuz"u qəbul edir. Sport24.az xəbər verir ki, Bakı təmsilçisinin azarkeşləri oyunda maraqlı pankart açıblar.
Pankartda "Sizə nə VAR?!" yazılıb.
Bu, fanatların "ağ-qaralar"a qarşı hakimlərin ötən turlarda səhv qərarlar verməsi ilə bağlıdır.
Qeyd edək ki, görüşdə ilk hissə oynanılır.