top
Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb Milli.az İdman
Bu gün, 23:10
- ↺ +

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

"Səbail" Peşəkar Futbol Klubu ilə "YAARA" MMC arasında geyim dəstlərinin hazırlanması ilə bağlı yaranan mübahisəyə klub prezidenti Mirzə Bayrampur aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən klub rəhbəri qarşı tərəfin ittihamlarını qətiyyətlə təkzib edərək, müqavilə öhdəliklərinin "Səbail" tərəfindən artıqlaması ilə yerinə yetirildiyini bildirib:

"11 sentyabr 2026-cı il tarixində klubumuzla "YAARA" MMC arasında akademiyamız üçün ƏDV daxil 85 255 manat dəyərində futbol geyim dəstlərinin hazırlanması ilə bağlı müqavilə imzalanıb. Müqavilənin 2.3-cü bəndinə əsasən, bizdən tələb olunan 60 faizlik avans məbləği 51 153 manat təşkil edirdi. Biz isə bu məbləğdən də artıq - ümumilikdə 53 min manat ödəniş etmişik. Belə ki, oktyabrın 2-də "YAARA" MMC-nin direktoru Yaqut Bayramovaya birbaşa nağd şəkildə 20 min ABŞ dolları (həmin günün məzənnəsi ilə 34 min manat) təqdim olunub. Bundan əlavə, noyabrın 5-də şirkətin əsas bank hesabına 10 min manat, ƏDV depozit hesabına isə 9 min manat köçürülüb. Bütün ödənişlərin sübutu və sənədləri rəsmi səhifəmizdə paylaşılıb. Buna baxmayaraq, qarşı tərəf bizdən ödənişi qəbul etmədiyini bildirir və məbləğin 100 faiz ödənilməsini tələb edir".

M.Bayrampur bildirib ki, sifariş edilən geyimlərin böyük əksəriyyəti hələ də təhvil verilməyib və qarşı tərəf vergi qanunvericiliyinin tələblərini pozur:

"Biz 500 ədəd oyun forması və 250 dəst tam ekipirovka sifariş etmişik. Avqustda çempionat başlayıb, artıq noyabr ayı bitir, amma cəmi 3 yaş qrupunun oyun forması verilib. Yerdə qalan formalar ortada yoxdur. Digər tərəfdən, hüquqi şəxs olan "YAARA" MMC-nin rəhbərliyinə nağd şəkildə verilən 34 min manata görə bizə kassa mədaxil orderi təqdim olunmayıb, həmin vəsait üçüncü rübün vergi hesabatlarında əksini tapmayıb. Həm müqaviləyə uyğun təhvil-təslim aktı imzalanmır, həm də ödənilən nağd pulun rəsmi sənədi verilmir. Belə olan halda heç kim etibar edib qalan məbləği ödəyə bilməz. Hazırda 4 aydır ki, həm vaxtımızdan, həm də pulumuzdan itiririk. Halbuki həmin geyimlərin üzərinə yeni sponsorlarımızın reklamları vurulmalı idi".

Klub prezidenti mətbuatda "Səbail" və şəxsən özü haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların yayıldığını da qeyd edib:

"Qarşı tərəf öz yaxını olan bir jurnalist vasitəsilə bizə təzyiq göstərməyə çalışır, "pulun 100 faizini ödəməsəniz, haqqınızda yazacağam" deyə hədə-qorxu gəlir. Hətta müxtəlif dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin adından istifadə edərək bizi qorxutmağa cəhd edirlər. Mətbuatda guya bizə SOCAR-dan 4 milyon manat ayrıldığı, ölkədən çıxışıma "stop" qoyulduğu və ofisimizin qapısına qıfıl vurulduğu barədə tamamilə absurd və yalan məlumatlar yayırlar. Halbuki mən fərdi sahibkaram və "Səbail"i öz biznesimdən qazandığım vəsait hesabına maliyyələşdirirəm. Dövlət qurumları ilə heç bir maliyyə bağlılığımız yoxdur. Ofisimiz də Ağ Şəhərdə normal qaydada fəaliyyətini davam etdirir".

Mirzə Bayrampur məsələnin artıq hüquqi müstəviyə daşındığını vurğulayıb:

"Qarşı tərəfin pretenziya məktubuna rəsmi cavab vermişik. Eyni zamanda, yaranmış vəziyyətin araşdırılması, həm dələduzluq, həm də böhtan xarakterli yazılarla bağlı Kommersiya Məhkəməsinə, hüquq-mühafizə orqanlarına və Media Şurasına rəsmi müraciətlər ünvanlamışıq. Haqq-ədalət öz yerini tapacaq".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Bu gün, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Bu gün, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Qarabağ FK
Bu gün, 22:55

"Qarabağ" çöküş sahəsində – hələ bu kimi bir vəziyyət görünməyib

Şahmat
Bu gün, 22:55

Cavahir Sindarov dünya şahmat çempionu olmaq üçün qalib gəldi

Digər
Bu gün, 22:50

Sirius 119 illik tarixində ilk dəfə çempion oldu

Futbol
Bu gün, 22:45

«Arsenal və Man City 2:2 nəticəsi ilə 4 qol vurdu»

Futbol
Bu gün, 22:30

"Barselona" "Deportivo"yu 5:1 hesabı ilə darmadağın etdi – Rafinya het-trik etdi

Formula 1
Bu gün, 22:30

Kimi Antonelli Qatar Qran-prisinin qalibi oldu

Futbol
Bu gün, 22:27

Premyer Liqa: "Arsenal" ilə "Mançester Siti" 2:2 hesabla heç-heçə yekunlaşdı

Futbol
Bu gün, 22:17

Fənərbaxça 3:0 mağdur oldu – xal fərqi 8-ə endi

Futbol
Bu gün, 22:15

Nərimanın gəlişi Ərzurumsporda Fənərbağçanı məğlub etdi

Futbol
Bu gün, 22:09

Flik La Liqada tarixən ən çox 90 matç qələbəsi rekordunu qırdı

Futbol
Bu gün, 22:05

"Şəfa"nın kapitanı Elnur Cəfərov: "Sumqayıtdakı qazon sürüşkəndir, çox sürüşürük"

Futbol
Bu gün, 22:02

Rafinya La Liqada 13 oyunda 3-cü het-trikini edib

Futbol
Bu gün, 21:52

Dani Olmo: "Barselona"nın "Deportivo" üzərində 5:1 hesablı qələbəsindən razı qaldım, əsas heyətə qayıtmaq istəyirəm

Cüdo
Bu gün, 21:44

«İki Azərbaycanlı qadın cüdoçusu Avropa Açıq Turnirində qızıl medal qazanıb»

Digər
Bu gün, 21:40

Şamaxı stadionunda işıqlandırma işi nə vaxt tamamlana bilər?

Futbol
Bu gün, 21:29

Viktor Osimhenin "Beşiktaş"la derbide iştirakına şübhə – "Qalatasaray"da gözlənilən xəbər

Futbol
Bu gün, 21:27

«Rafinha hattrik etdi, Lamin Yamal da qol vurdu»

Qarabağ FK
Bu gün, 21:06

Elvin Cəfərquliyev bərpa prosesi yaxşı getdiyi üçün yanvarda tam hazır olacaqdır

Voleybol
Bu gün, 21:00

Voleybol turnuylarının cədvəli açıqlanıb

Futbol
Bu gün, 21:00

İkinci Liqada Qaradağ Lökbatan 18 qolu vurdu

Oxşar xəbərlər