FİFA-nın 2025-ci ildə ABŞ prezidenti Donald Trampa təqdim etdiyi "Sülh Mükafatı"nı ləğv edə və ya onun adını dəyişdirə biləcəyi iddia olunur.
Sportinfo.az "The Mirror"-a istinadən xəbər verir ki, ABŞ lideri ilə FİFA prezidenti Canni İnfantino arasındakı münasibətlərlə bağlı müzakirələr fonunda federasiya mümkün mənfi reaksiyalardan yayınmağa çalışır.
Yaxın vaxtlarda məsələ ilə bağlı yekun qərarın verilməsi gözlənilir.
FİFA daxilində mükafatın növbəti laureatının da İnfantinonun yaxın çevrəsindən seçilə biləcəyi ilə bağlı narahatlıq olduğu bildirilib.
"Sülh Mükafatı" 2025-ci ildə təsis edilib və İnfantino onu şəxsən Trampa təqdim edib. 2026-cı il dünya çempionatından sonra UEFA və bir sıra digər beynəlxalq futbol təşkilatlarının İnfantino ilə Tramp arasındakı münasibətlərin araşdırılmasını tələb etdiyi iddia olunub.
Müzakirələrin səbəbləri arasında telefon danışığından sonra Folarin Baloquna göstərilən qırmızı vərəqənin ləğv edilməsi, həmçinin, dünya çempionatına ev sahibliyi hüquqlarının Trampın ailə üzvlərinə satılması ilə bağlı olduğu iddia edilən planlar da yer alır.