top
Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi Idman.biz
Bu gün, 01:17
- ↺ +

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Hansi Flik La Liqada yeni rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, İspaniya çempionatının 14-cü turunda səfərdə "Deportivo"nu 5:1 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi almaniyalı mütəxəssisin rəhbərliyi altında La Liqada 90-cı qarşılaşmasını keçirib.

Flik İspaniya çempionatında ilk 90 oyunda ən çox qələbə qazanan baş məşqçi olub. O, 72 qələbə ilə əvvəlki rekordu bölüşən Xosep Qvardiola və Joze Mourinyonu geridə qoyub. Hər iki mütəxəssis ilk 90 qarşılaşmada 70 qələbə qazanıb.

"Deportivo" ilə görüşdən sonra DAZN-a açıqlama verən Flik komandasının çıxışını qiymətləndirib:

"İlk dəqiqələrdən fəal oynamağın vacibliyindən danışmışdıq. Açığı, qol buraxdıqdan sonra bir neçə dəqiqə oyuna nəzarəti itirdik".

Almaniyalı mütəxəssis komandasının hücum quruculuğundan razı qaldığını da vurğulayıb:

"Meydanın müəyyən hissələrində daha diqqətli və nizamlı oynamalıyıq. Topu hərəkətdə saxlamalı və rəqibi də yerini dəyişməyə məcbur etməliyik. Üçüncü qol zamanı bunu xüsusilə yaxşı bacardıq. Futbolçuların oyunundan çox razıyam".

Flik stadiondakı atmosferə və komandasının müdafiədə yol verdiyi səhvlərə də toxunub:

"Möhtəşəm atmosferi olan möhtəşəm stadiondur. Əla oyun keçirmək istəyirdik. Qol buraxdığımız epizod kimi vəziyyətlərdə daha yaxşı müdafiə olunmalıyıq. Lakin bu qol Çempionlar Liqasında buraxdığımız qoldan tamamilə fərqlənir".

Qeyd edək ki, "Deportivo" ilə qarşılaşmada Rafinya Dias het-trik edib, Lamin Yamal və Dani Olmo isə hərəyə bir qol vurublar.

2024-cü ilin yayından "Barselona"ya rəhbərlik edən Hansi Flikin komandası hazırda 39 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:32

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Futbol
Dünən, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Qarabağ FK
Dünən, 22:55

"Qarabağ" çöküş sahəsində – hələ bu kimi bir vəziyyət görünməyib

Oxşar xəbərlər