İspaniya klubu "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq yenidən uzun müddətə sıradan çıxa bilər.
Sportify.az xəbər verir ki, niderlandlı futbolçu La Liqanın 14-cü turunda "Deportivo"ya qarşı keçirilən matçın (5:1) ikinci hissəsində oyunu davam etdirə bilməyib və 65-ci dəqiqədə əvəzlənib. Görüşdən sonra "Barselona"nın baş məşqçisi Hans-Diter Flik də futbolçunun zədələndiyini təsdiqləyib.
"Esport3" nəşrinin məlumatına görə, ilkin müayinə de Yonqun bir aydan çox müddətə sıradan çıxa biləcəyini göstərib. Bu halda yarımmüdafiəçi meydana ən tez 2027-ci ildə qayıda bilər.
Qeyd edək ki, de Yonq bu mövsüm yayda keçirilən dünya çempionatı zamanı aldığı diz zədəsinə görə artıq bir neçə ay yaşıl meydanlardan kənarda qalıb.