Almaniya Bundesliqasının 11-ci turundan sonra Dortmund "Borussiya"sı turnir cədvəlinin birinci pilləsindəki mövqeyini qoruyub.
Sportify.az xəbər verir ki, Niko Kovaçın rəhbərlik etdiyi komanda bu turda "Bayer"ə 1:2 hesabı ilə məğlub olsa da, 24 xalla liderliyini davam etdirir. "Bavariya" "Hamburq"la qolsuz heç-heçə edib (0:0) və 23 xalla ikinci pillədə qərarlaşıb. "Frayburq" da 23 xalla üçüncü yerdədir.
22 xalı olan "Leypsiq" və "Bayer" müvafiq olaraq dördüncü və beşinci pillələrdə qərarlaşıblar. "Verder" isə 19 xalla altıncı yerdədir.