top
Realda Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi Idman.biz
Bu gün, 01:32
- ↺ +

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

İspaniyanın "Real" futbol komandasında "Alaves"ə məğlubiyyətdən sonra Vinisius Juniorun çıxışı yenidən müzakirə mövzusuna çevrilib.

İdman.Biz "El Periodico" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi La Liqada son səkkiz qarşılaşmasının altısında qələbə qazanıb. Komandanın məğlub olduğu iki görüşdə - "Atletiko" ilə səfər və "Alaves"lə ev oyununda Vinisius əsas heyətdə yer alıb. Qələbə ilə başa çatan altı qarşılaşmada isə braziliyalı futbolçu ya ehtiyat oyunçular skamyasında olub, ya da diskvalifikasiya səbəbindən görüşü tribunadan izləyib.

Bəziləri bu statistikanı təsadüf hesab etsə də, Madrid azarkeşlərinin bir qismi fərqli düşünür. "Alaves"lə qarşılaşmanın 58-ci dəqiqəsində Joze Mourinyonun Espini Arda Gülərlə əvəzləyərək Vinisiusu meydanda saxlaması tribunaların etirazına səbəb olub. Rəqiblərini keçə bilmədiyi və top itirdiyi epizodlarda fitə basılan braziliyalı futbolçu hətta azarkeşlərlə mübahisə edib.

Ulduzlarla dolu, lakin sistemsiz komanda

Nəşrin fikrincə, "Real"ın problemlərini yalnız Vinisiusun çıxışı ilə əlaqələndirmək düzgün deyil. Ulduz futbolçularla zəngin olan Madrid təmsilçisinin oyununda sistemlilik çatışmır. Komanda daha çox Kilian Mbappenin qollarına, Cud Bellinqemin fərdi ustalığına və ya Federiko Valverdenin zərbələrinə ümid edir.

Cari mövsümdə 19 qarşılaşmada 20 qol vuran Mbappe komandanın əsas ümid yerinə çevrilib. Madrid təmsilçisi artıq dörd dəfə hesabda geri düşdüyü qarşılaşmada geridönüş etmək məcburiyyətində qalıb.

Mourinyodan baş hakimə istehzalı sözlər

"Alaves"in baş məşqçisi Kike Sançes Flores karyerası ərzində "Xetafe", "Valensiya", "Espanyol" və "Alaves"lə "Real"ı məğlub etməyi bacarıb.

Növbəti uğursuzluqdan sonra isə Mourinyo qarşılaşmanın baş hakimi Soto Qradonu tənqid edib:

"Hakim meydana atılan toplara və beş saniyə məsələsinə çox yumşaq yanaşdı. Bu hakim iki mövsüm əvvəl Mbappeni, ötən mövsüm Vinisiusu, indi isə Bellinqemi meydandan qovdu. Görək, gələn mövsüm növbə Kurtuaya çatacaqmı? Düşünürəm ki, bu hakim öz gücünü nümayiş etdirməyi, fenomen olduğunu göstərməyi xoşlayır".

Portuqaliyalı mütəxəssis komandasının problemlərinə hələ də həll yolu tapa bilmədiyini gizlətməyib:

"Cavablar tapmalıyam. Mənim üçün bir məsələ aydındır - fiziki gümrahlıq çatışmırdı. Yalnız müdafiə olunmağa və əks-hücuma çıxmağa hazırlaşan komandaya qarşı oynadıq. Ancaq daha çox cavab tapmalıyam və bunun üçün zamana ehtiyacım var".

"Santyaqo Bernabeu"nun ot örtüyü də problemə çevrilib

Madrid təmsilçisinin üzləşdiyi digər çətinlik stadionun ot örtüyünün vəziyyətidir. Nəşr NFL qarşılaşmasından sonra ot örtüyünün dəyişdirilməsinin və ya soyuq havaların başlamasının meydanın keyfiyyətinə təsir göstərə biləcəyini qeyd edib. Mövcud vəziyyət futbolçuların topa nəzarət etməsini və sürətli hücumlar qurmasını çətinləşdirir.

La Liqada 14 turdan sonra 33 xal toplayan "Real" əvvəlki iki mövsümün eyni mərhələsindəki göstəricisini təkrarlayıb. Madrid təmsilçisi həmin mövsümlərin hər ikisini titulsuz başa vurub.

Mourinyo mətbuat konfransında jurnalistlərə də istehzalı şəkildə müraciət edib:

"Real" məğlub olanda bu, əsas mövzuya çevrilir. Ən azı çərşənbə gününə qədər danışmağa mövzunuz var: "Real" uduzdu, "Real" pis oynadı, baş məşqçi əvəzetmələrdə səhvə yol verdi..."

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:17

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Futbol
Dünən, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Qarabağ FK
Dünən, 22:55

"Qarabağ" çöküş sahəsində – hələ bu kimi bir vəziyyət görünməyib

Oxşar xəbərlər