İsveçrənin Cenevrə şəhərində şahmat üzrə dünya çempionu titulu uğrunda keçirilən matçın beşinci partiyası başa çatıb.
İdman.Biz xəbər verir ki, ağ fiqurlarla mübarizə aparan özbəkistanlı qrossmeyster Cavahir Sindarov hindistanlı Qukeş Dommaracuya qalib gəlib.
Əvvəlki dörd partiyanın heç-heçə ilə nəticələnməsindən sonra Sindarov matçda ilk qələbəni qazanaraq hesabda 3:2 önə keçib. Hindistanlı şahmatçının vaxt çatışmazlığı ilə üzləşməsi məğlubiyyətində mühüm rol oynayıb.

Hər iki qrossmeysterin 20 yaşı var. Bu, dünya şahmat çempionatı tarixində ən gənc iştirakçılar arasında keçirilən titul matçıdır.
Altıncı partiya noyabrın 30-da Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu dəfə Qukeş ağ fiqurlarla oynayacaq.
Qeyd edək ki, 14 partiyadan ibarət qarşılaşmada 7,5 xal toplayan şahmatçı dünya çempionu olacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dolları (4,25 milyon manat) təşkil edir.
