Niderland millisinin və "Real"ın sabiq yarımmüdafiəçisi Uesli Sneyder, Kriştiano Ronaldonun birlikdə oynadığı ən yaxşı futbolçu olub-olmaması ilə bağlı suala cavab verib.
Sportinfo.az "The Touchline"-a istinadən xəbər verir ki, keçmiş futbolçu bu suala belə münasibət bildirib:
"Bilmirəm. Onunla cəmi iki yoxlama matçında eyni komandada oynamışam və birlikdə məşq etmişəm. Deyə bilərəm ki, məşq etdiyim ən yaxşı futbolçu odur".
Ronaldo 2009-2018-ci illərdə "Real"ın formasını geyinib. 41 yaşlı hücumçu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.