top
Mateuş Koxalski: Gələcəkdə konkret təklif olarsa, dəyərləndirəcəyəm - MÜSAHİBƏ Idman.biz
12 may 2026, 11:23
- ↺ +

Mateuş Koxalski: "Gələcəkdə konkret təklif olarsa, dəyərləndirəcəyəm" - MÜSAHİBƏ

"Bütün komanda adından danışmaq mənim üçün çətindir".

Bunu Azərbaycan Premyer Liqasında hazırda 63 xalla ikinci pillədə qərarlaşan "Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Qarabağ" Çempionlar Liqasındakı parlaq çıxışına baxmayaraq, daxili yarışlarda uzun illərdən sonra ilk dəfə mövsümü titulsuz başa vuracaq. Sizcə, komandaya zirvədə qalmaq üçün nə çatmadı?

- Bu suala dəqiq cavab vermək çətindir, çünki mən məşqçi deyiləm. Amma fikrimcə, daxili yarışlarda uğur qazanmaq üçün Çempionlar Liqasında göstərdiyimiz motivasiya və keyfiyyət çatmadı. Bəzi oyunlarda yaxşı təsir bağışlasaq da, sanki əsas məqamı, yəni qol vurmağı unudurduq. Futbolda təkcə ötürmələr və gözəl driblinqlərlə nəticə qazanmaq mümkün deyil. Qələbə üçün qol vurmaq və epizodlardan maksimum yararlanmaq lazımdır.

- Sizə görə, mövsümün qırılma anı nə oldu?

- Düşünmürəm ki, mövsüm ərzində xüsusi bir qırılma anı oldu. Problemlər daha çox mövsümün əvvəlindən hiss olunurdu. Xüsusilə liqa oyunlarında müəyyən keyfiyyət və stabillik çatmadı. Məhz buna görə də çempionluq uğrunda mübarizədə istədiyimiz nəticəni əldə edə bilmədik.

- Çempionlar Liqasındakı uğurlu performansdan sonra yəqin ki, transfer məsələlərinə görə menecerinizə müraciətlərin sayı artıb. Adınız tez-tez başqa klublarla hallanır. Seçim etmisiniz? "Qarabağ", yoxsa başqa klub?

- İnsanların düşündüyü qədər çox təklif almıram. Hazırda diqqətimi tam şəkildə "Qarabağ"a yönəltmişəm və bu komandanın futbolçusuyam. Əlbəttə, gələcəkdə konkret təklif olarsa, həmin variantları dəyərləndirəcəyəm. "Qarabağ"a çox şey borcluyam. Burada həm futbolçu, həm də insan kimi inkişaf etmişəm. Amma hər futbolçu kimi mənim də arzum Avropanın ən güclü liqalarında çıxış etməkdir. Əgər belə bir imkan yaranarsa, bunu ciddi şəkildə nəzərdən keçirəcəyəm. Düşünürəm ki, azarkeşlər də bu arzunu anlayışla qarşılayacaqlar.

- Demək olar ki, 2-ci yerin taleyini böyük ölçüdə həll etmisiniz. Bu mənada oyunlara motivasiya baxımından əziyyət çəkmirsiniz?

- Bütün komanda adından danışmaq mənim üçün çətindir. Amma öz adımdan deyə bilərəm ki, hər oyuna eyni məsuliyyət və ciddiyyətlə yanaşıram. Mövsümün əvvəlindən etibarən bütün matçlara maksimum motivasiya ilə hazırlaşmışam. Qarşıdakı görüşlərdə də meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Ümid edirəm ki, mövsümün son oyunlarında maksimum nəticə göstərərək qalan qarşılaşmaların hamısında qələbə qazana biləcəyik.

- Mayın 13-də Azərbaycan Kubokunda final oyunu keçiriləcək. Avropa Liqasına vəsiqə üçün "Qarabağ" çempionatda 2-ci yeri tutub, finalda "Sabah"ın "Zirə"yə qalib gəlməsini gözləməlidir. Yəqin həmin gün "Sabah"a azarkeşlik edəcəksiniz...

- Finalda xüsusi olaraq hansısa komandaya azarkeşlik etməyəcəyəm. Amma vəziyyət belə tələb edirsə, qoy, "Sabah" qalib gəlsin və biz də çempionatı ikinci pillədə başa vuraq. Düşünürəm ki, bu klub və onun azarkeşləri hər mövsüm avrokuboklarda iştirak etməyə layiqdirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər