Misli Premyer Liqasının 30-cu turunda "Kəpəz" doğma meydanda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, ilk hissədə tərəflər qol vura bilməyib və fasiləyə 0:0 hesabı ilə yollanıblar.
İkinci hissəyə start verildikdən sonra matçın gedişində hesab açılıb. 64-cü dəqiqədə "Kəpəz"in futbolçusu Yusif İmanov avtoqol müəllifi olub və "Sumqayıt" önə keçib - 0:1.
Oyunun sonlarına yaxın gərginlik artıb. 86-cı dəqiqədə Rauf Hüseynli penaltidən fərqlənərək hesabı bərabərləşdirib - 1:1. Matçın 89-cu dəqiqəsində isə o, yenidən penaltidən dəqiq oynayaraq "Kəpəz"ə qələbə qazandırıb - 2:1.
17:53
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Kəpəz" - "Sumqayıt" oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 89-cu dəqiqədə Rauf Hüseynli penalti vuraraq "Kəpəz" klubunu hesabda irəli çıxarıb - 2:1.
17:51
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Kəpəz" - "Sumqayıt" oyununda hesab bərabərləşib.
İdman.Biz xəbər verir ki, 86-cı dəqiqədə Rauf Hüseynli penalti vuraraq "Kəpəz" klubunu hesabda irəli çıxarıb - 1:1.
17:30
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Kəpəz" - "Sumqayıt" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 64-cü dəqiqədə "Kəpəz"in oyunçusu Yusif İmanov avtoqol vuraraq "Sumqayıt" klubunu hesabda irəli çıxarıb - 0:1.
17:09
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Kəpəz" - "Sumqayıt" oyununda ikinci hissə start götürüb.
İdman.Biz xəbər verir ki, ilk hissədə matçda hesab açılmayıb.
16:50
Futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Kəpəz" - "Sumqayıt" oyununda birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
16:01
Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cu turunun "Kəpəz" - "Sumqayıt" oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Əli Əliyev idarə edir.
15:31
"Kəpəz" Misli Premyer Liqasının 30-cu turunda Yevlax şəhər stadionuda "Sumqayıt"ı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 17:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Kəpəz": 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov
"Sumqayıt": 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynıy, 80. Keffel Resende, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç
09:20
Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cü turunun oyunu "Kəpəz" "Sumqayıt" arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Əli Əliyev idarə edəcək.
"Kəpəz" 21 xalla turnir cədvəlinin onuncu pilləsində yer alıb. 38 xala malik "Sumqayıt" isə yeddincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 30-cu tur
2 may (şənbə)
16.00. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu
Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.