top
Arsenal - Atletiko Madrid: Çempionlar Liqasının cavab oyunu - İDMAN.BİZ-in İCMALI Idman.biz
05 may 2026, 17:14
- ↺ +

"Arsenal" - "Atletiko Madrid": Çempionlar Liqasının cavab oyunu - İDMAN.BİZ-in İCMALI

Bu gün Londonda "Arsenal" və "Atletiko Madrid" arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma "Emirates Stadium"da baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Madrid şəhərində keçirilən ilk oyundan sonra tərəflər arasında üstünlük yoxdur. "Metropolitano" stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Birinci hissədə Viktor Dyökeres penaltidən fərqlənib, fasilədən sonra isə Xulian Alvares 11 metrlik zərbəni dəqiq yerinə yetirib.

Qeyd edək ki, komandalar cari mövsümdə üçüncü dəfə üz-üzə gələcəklər. Çempionlar Liqasının qrup mərhələsində "Arsenal" öz meydanında "Atletiko"nu 4:0 hesabı ilə darmadağın etmişdi. Həmin görüşdə Dyökeres dubl etmiş, Qabriel Maqalyaes və Qabriel Martinelli də qol vurmuşdular. Madriddə keçirilən yarımfinal oyunu isə daha gərgin və ehtiyatlı mübarizə şəraitində keçib, xüsusilə ikinci hissədə Diego Simeonenin komandası daha üstün təsir bağışlayıb.

Komandaların qarşılıqlı oyun statistikasında balans qorunur. Rəsmi görüşlərdə hər iki komanda bir dəfə qalib gəlib, iki qarşılaşma isə heç-heçə ilə başa çatıb. Bununla belə, son iki oyundan ibarət duel Madrid klubunun xeyrinədir. Belə ki, 2017/18 mövsümündə Avropa Liqasının yarımfinalında "Atletiko" ümumi hesabda 2:1 qalib gələrək növbəti mərhələyə yüksəlmiş və daha sonra turnirin qalibi olmuşdu.

"Arsenal" tarixində Çempionlar Liqasının yarımfinal mərhələsini cəmi bir dəfə adlaya bilib. 2006-cı ildə "topçular" yarımfinalda "Vilyarreal"ı (1:0, 0:0) mübarizədən kənarlaşdırsalar da, finalda "Barselona"ya 1:2 hesabı ilə məğlub olublar.

Hazırda Mikel Artetanın komandası demək olar ki, qüsursuz avrokubok mövsümü keçirir və turnirdə məğlub olmayan yeganə kollektivdir. Komanda eyni zamanda ən etibarlı müdafiə xətlərindən birinə malikdir.

"Atletiko" isə belə qarşılaşmaların dəyərini yaxşı bilir. Madrid klubu Avropa Çempionlar Kuboku və Çempionlar Liqasının finalına üç dəfə - 1974, 2014 və 2016-cı illərdə yüksəlsə də, hələlik kuboku qazana bilməyib. Xüsusilə Diego Simeone dövründə "Real Madrid"ə qarşı uduzulan 2014 və 2016-cı il finalları klub üçün daha ağrılı olub.

Hər iki komanda cavab oyununa milli çempionatlarda qazandıqları qələbədən sonra çıxacaq. "Arsenal" Premyer Liqada "Fulhem"i 3:0 hesabı ilə məğlub edərək uzun fasilədən sonra bir oyunda birdən çox qol vurmağı bacarıb. "Atletiko" isə La Liqada səfərdə "Valensiya"nı 2:0 hesabı ilə üstələyib. Bu görüşdə Simeone əsas heyətin bir neçə üzvünə istirahət vermişdi.

Heyət baxımından meydan sahiblərində vəziyyət yaxşılaşıb: Martin Edeqor və Kay Haverts oyuna hazırdır. "Atletiko"da isə Xulian Alvares zədədən tam bərpa olunub. Lakin Pablo Barrios və Niko Qonsales zədə səbəbindən qarşılaşmanı buraxacaqlar.

Ehtimal olunan heyətlər:

"Arsenal": Raya; Uayt, Saliba, Qabriel, İnkapiye; Subimendi, Rays, Eze; Saka, Dyökeres, Martinelli.

"Atletiko": Oblak; Lyorente, Pubil, Le Norman, Ruceri; Culiano Simeone, Koke, Kardoso, Lukman; Alvares, Qrizmann.

Oyundan əvvəl Mikel Arteta komandanın motivasiyası və azarkeşlərin dəstəyi barədə danışaraq bildirib ki, futbolçular qarşılaşmanın əhəmiyyətini dərk edir və tam hazırdırlar. Diego Simeone isə qeyd edib ki, komandası ilk oyunun ikinci hissəsində nümayiş etdirdiyi intensivliyi qoruyub saxlamalıdır.

Beləliklə, bu gün Londonda səhvə yer olmayan, yüksək gərginlikli futbol axşamı gözlənilir. "Arsenal" uğurlu avrokubok mövsümünü məntiqi sonluqla başa vurmağa çalışacaq, "Atletiko" isə təcrübəsinə və son dəqiqəyədək mübarizə aparmaq bacarığına güvənəcək. Qarşılaşmanın taleyini isə, böyük ehtimalla, xırda detallar və soyuqqanlılıq həll edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Oxşar xəbərlər