top
Aqil Nəbiyev: U-17 millisinin hədəfi Malta ilə oyunda qələbədir Report.az
Bu gün, 15:37
- +

Aqil Nəbiyev: U-17 millisinin hədəfi Malta ilə oyunda qələbədir

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandasının hədəfi Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində Malta ilə keçirəcəyi oyunda qələbə qazanmaqdır.

"Report" xəbər verir ki, bunu U-17-nin baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, əvvəlcə Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

"Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük "silahı" standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı qol imkanları əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problemimiz son ötürmələr və zərbələrdədir. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sonra qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə yüz faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur".

Aqil Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı da danışıb: "Əsas odur ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəfimiz Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdır. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik".

Qeyd edək ki, B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:12

Martines Argentinanın Mavritaniyaya qarşı oyununu sərt tənqid edib

Futbol
Bu gün, 16:46

Xoselu Avropaya qayıtmaq ehtimalı

Futbol
Bu gün, 16:45

"Barselona" Rafinyanın zədəsinə görə FIFA-dan kompensasiya alacaq

Futbol
Bu gün, 16:40

"Roma"nın müdafiəçisi Uesli Braziliya millisində zədələndi

Futbol
Bu gün, 16:40

"Leypziq" Yan Diomandiyə 100 milyon avro qiymət qoydu: "Liverpul" və "Mançester Yunayted" maraqlanır

Futbol
Bu gün, 16:24

Aqil Nəbiyev: U-17 millisinin Maltaya qarşı hədəfi qələbədir

Futbol
Bu gün, 16:02

Uruqvaylı futbolçu iki sarı vərəqə alsa da, hakim səhvi ucbatından meydandan qovulmayıb

Futbol
Bu gün, 16:00

Musa Qurbanlı: "Qol vurdum, amma daha yaxşı oynamaq olardı"

Futbol
Bu gün, 15:38

Ançelotti dünya çempionatında favoritini açıqlayıb: Portuqaliya

Futbol
Bu gün, 15:30

AFFA liqa oyunlarını hava şəraiti səbəbindən təxirə saldı

Futbol
Bu gün, 15:01

Luis Suares Madriddə ilk "Chalito" restoranını açıb

Futbol
Bu gün, 15:00

Roy Hocson "Bristol Siti"nin baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 14:42

Rail Məlikov: "Bu qələbə qələbəsizlik seriyasına son qoydu və komandaya təkan verəcək"

Futbol
Bu gün, 14:37

AFFA-nın aşağı yaş qrupları çempionat oyunları hava şəraitinə görə təxirə salındı

Futbol
Bu gün, 14:34

Ukrayna millisinin futbolçuları İsveçlə oyun öncəsi Benidormdakı oteldə qarətə məruz qalıblar

Futbol
Bu gün, 14:22

Nəriman Axundzadə NBA matçını canlı izləyib

Futbol
Bu gün, 14:16

Mirça Luçesku Türkiyə Matçında Rekord Qırdı

Futbol
Bu gün, 14:10

Qeyri-sabit hava şəraiti AFFA-nın aşağı yaş qrupları üzrə oyunları təxirə saldı

Futbol
Bu gün, 14:01

Toral Bayramov Sent Lüsiya oyunundan və penalti epizodundan danışdı

Basketbol
Bu gün, 13:53

Maykl Rayt: "Komanda qələbə qazandığı müddətcə öz oyunumdan razıyam"

Boks
Bu gün, 13:41

Bakı UFC turnirində Naurdiyev-Vettori döyüşü ehtimalı

Futbol
Bu gün, 13:30

Obite N'Dika "Mançester Yunayted", "Tottenhem", "Liverpul", "Bavariya" və "Barselona"nın maraq dairəsindədir

Futbol
Bu gün, 13:18

"Srvena Zvezda" Müqəddəs Bannerə Görə UEFA Tərəfindən Cərimələndi

Oxşar xəbərlər