top
AFFA Eyeball analitik platformasını Azərbaycan çempionatlarında tətbiq edir - FOTO Idman.biz
06 may 2026, 13:27
- ↺ +

AFFA "Eyeball" analitik platformasını Azərbaycan çempionatlarında tətbiq edir - FOTO

AFFA tərəfindən futbolun inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr çərçivəsində "Eyeball" analitik platformasının istifadəsinə başlanılıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, layihə həm kişi, həm də qadın futbolunu əhatə edir və artıq U-15, U-16, U-17, U-19 və Əvəzedicilər Liqası, eləcə də qadınlar arasında U-16 və Yüksək Liqa komandaları bu sistemə daxil edilib. Bu addım yerli futbolda analitika və rəqəmsal yanaşmanın tətbiqini genişləndirməyə xidmət edir.

"Eyeball" platformasının Azərbaycan dili üzrə istifadəsinin də tam təmin olunması planlaşdırılır. Bu yenilik yerli istifadəçilər üçün platformadan daha rahat və effektiv istifadə imkanları yaradacaq, eyni zamanda analitik məlumatların daha anlaşılan formada təqdim edilməsinə töhfə verəcək.

"Eyeball" layihəsinin ilkin mərhələsində platformanın Bakı və Abşeron ərazisində fəaliyyət göstərən klublar arasında tətbiqi nəzərdə tutulub. Növbəti mərhələdə isə region klublarının da sistemə qoşulması planlaşdırılır. Eyni zamanda, növbəti mövsümdən etibarən bütün klubların öz ev oyunlarını çəkərək platformaya yükləməsi nəzərdə tutulur.

Yüklənmiş oyunlar platforma tərəfindən avtomatik emal olunur və qısa müddət ərzində geniş statistik göstəricilər və analitik məlumatlar formalaşdırılır. İstifadəçilər oyunların tam video görüntüsünü izləməklə yanaşı, konkret epizodları seçə, hadisələr üzrə filtr tətbiq edə və oyun daxilində baş verən bütün əsas məqamları ayrıca analiz edə bilirlər.

Bundan əlavə, hər həftə bütün yaş qrupları üzrə "Həftənin rəmzi komandası" hazırlanacaq və platforma üzərindən təqdim olunacaq. Bu isə futbolçuların fərdi performanslarının daha yaxından izlənilməsinə və fərqlənən oyunçuların ön plana çıxmasına əlavə imkan yaradacaq.

Eyni zamanda, "Eyeball" platforması üzərindən futbolçuların performans göstəriciləri və oyun görüntüləri xarici klub skautları tərəfindən də izlənilə bilər. Bu isə yerli futbolçuların beynəlxalq səviyyədə daha geniş tanınmasına və onların xarici klublarda çıxış etməsi üçün əlavə imkanların yaranmasına şərait yaradır.

Beləliklə, platforma yalnız analiz aləti deyil, həmçinin futbolçuların karyera inkişafına dəstək verən mühüm vasitə rolunu oynayır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Oxşar xəbərlər