top
“Zəngəzur”un məşqçisi 2:0-dan sonra edilən səhvlərdən danışdı Idman.biz
Bu gün, 12:25
- ↺ +

“Zəngəzur”un məşqçisi 2:0-dan sonra edilən səhvlərdən danışdı

"Oyunla bağlı nə deyə bilərəm? Yaxşı başladıq, birinci hissədə istədiyimiz qolu vurduq. İkinci hissəyə də yaxşı start verdik, yenə fərqlənib hesabı 2:0 etdik. Hər şey istədiyimiz kimi gedirdi".

Bu sözləri İkinci Liqanın sonuncu - 11-ci turunda "Haypers"lə matçda 2:0 öndə olmasına baxmayaraq, üstünlüyünü qoruya bilməyən və qələbəni əldən verən (2:2) "Zəngəzur" futbol komandasının məşqçisi Vüsal Səfərov görüşdən sonra deyib.

Komandasının gözlənilmədən xal itirməsini şərh edən məşqçi taktiki dəyişikliklərdən, buraxılan səhvlərdən və növbəti matçı düşünməyin nəticəyə təsirindən söz açıb.

"Sadəcə, sonradan bəzi problemlər oldu. Əslində, taktiki sxemi dəyişməli deyildik. Biz oyunun gedişində 4-4-2 sxeminə keçdik. Ona görə də problemlər yarandı. Halbuki 5-4-1 sxemi ilə oynayırıq. Oyunun gedişində bəzi futbolçularımızı da meydana daxil etmək üçün dəyişiklik etdik. Növbəti turdakı görüşü düşünərək bu addımı atdıq. Əslində, səhv bizdədir, bunu etməməli idik. Hesabı qoruya bilərdik. Ancaq taktiki dəyişiklikdən sonra irəli atıldıq və bunun nəticəsində iki qol buraxdıq.

"Marafon"la oyunu əvvəlcədən düşünməyimizin səbəbi var idi. Bəzi futbolçularımız zədədən qayıtmışdılar, ancaq məşqlərdə iştirak etməmişdilər. Gələcək oyunu nəzərə alaraq onları da meydana buraxdıq ki, "Marafon"la matça hazır olsunlar, ən azı oyun praktikası qazansınlar. Lakin onların gücü çatmadı, komandaya kömək edə bilmədilər. Əksinə, oyun intizamı pozuldu və nəticədə hesab 2:2 oldu. Halbuki hər şey istədiyimiz kimi gedirdi, üstünlük bizim tərəfimizdə idi. Üç xaldan olduq, daha doğrusu, bir xalla kifayətləndik. Səhvi özümüzdə görürük. İnşallah, növbəti matçlarda bu xal itkisini kompensasiya etməyə çalışacağıq", - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, "Zəngəzur" komandası İkinci Liqanın birinci dövrəsini 22 xalla dördüncü pillədə başa vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:20

"Real" plakata görə 3001 avro cərimələnə bilər

Digər
Bu gün, 12:10

Emiliano Martines: “Niko Pas Messinin formasını geyinə bilər”

Futbol
Bu gün, 12:00

Qəbələ kapitanı: Elitadan düşmək fikrini də gözləməyəcəyəm

Futbol
Bu gün, 11:44

“Benfika”nın keçmiş əfsanəvi hücumişçisi Oskar Kardoso futboldan ayrılıb və fermaterialıqla məşğul olur

Şahmat
Bu gün, 11:40

Maqnus Karlsen Bibisara Asaubayeva ilə sonuncu partiyaya çıxmaqdan imtina edərək texniki qalibiyyətə imza atıb

Futbol
Bu gün, 11:40

Arsenal'ın keçmiş futbolçusu Piter Stori 81 yaşında vəfat edib

Digər
Bu gün, 11:31

Ayxan Xəkili Cenevrədə Avropa Atletikası Təhlükəsizlik Seminarına qatıldı

Futbol
Bu gün, 11:25

Barselona'nın sıx oyun qrafiki və Sabah ilə qarşılaşması

Qarabağ FK
Bu gün, 11:12

Qarabağ" qış təlimini Antalya, Belekdə 11-20 yanvar tarixlərində keçirəcək

Futbol
Bu gün, 11:10

Anar Hüseynov: Çempionlar Liqası təcrübəsi bizi daha gücləndirir

Futbol
Bu gün, 11:01

Braziliyada futbolçuların maaş borcu olan klublara 3 xalı silinəcək

Futbol
Bu gün, 11:00

Dinamo və Sumqayıtın İnkişaf Strategiyaları Oxşardır

Futbol
Bu gün, 10:55

Sabahın baş məşqçisi və futbolçuları fanlarla görüşəcək

Futbol
Bu gün, 10:48

Karyeraları boyu qırmızı kart almayan futbol əfsanələri

Futbol
Bu gün, 10:40

Ronaldinyo C Seriyasında oyun açdı, Ravenna 200 min avro topladı

Qarabağ FK
Bu gün, 10:40

Xankəndi şəhər stadionunda yeni səhifə: ilk rəsmi oyun üçün hazırlıq

Futbol
Bu gün, 10:24

Milan, Virgil van Dijk-ı transfer etməyə çalışır

Futbol
Bu gün, 10:20

Yaponiya futbolu rəhbəri Kozo Taşima FİFA prezidentliyinə namizədlik təqdim etdi

Futbol
Bu gün, 10:10

Portuqaliyalı Joau Feliks gələn yay Çelsiyə qayıda bilər

Futbol
Bu gün, 10:00

Rodri Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 09:40

Mançester Siti, Haalandı əvəzləyə biləcək iki hücumçu axtarır

Futbol
Bu gün, 09:38

Millətlər Liqası: Yüksələnlər, düşənlər və keçid oyunlarında iştirakçılar

Basketbol
Bu gün, 09:33

Gəncə basketbol klubu Kolossos qarşısında FIBA Avropa Kubokunda qonaq olacaq;

Oxşar xəbərlər