"Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas və komandanın üç futbolçusu azarkeşlərlə görüşəcəklər.
İdman.Biz xəbər verir ki, görüş noyabrın 21-də saat 15:00-da klubun İçərişəhərdə yerləşən fan-mağazasında keçiriləcək.
Tədbirdə baş məşqçi Valdas Dambrauskasla yanaşı, futbolçular Akim Zedadka, Aleksey İsayev və Timoteuş Puxaç da iştirak edəcəklər.
Görüş çərçivəsində azarkeşlər futbolçulardan avtoqraf almaq və onlarla ünsiyyət qurmaq imkanı əldə edəcəklər. Həmçinin müxtəlif əyləncəli oyunlar təşkil olunacaq və hədiyyələr təqdim ediləcək. İştirakçılar "Sabah" - "Barselona" matçına bilet qazanmaq şansı da əldə edəcəklər.