"Ravenna" C Seriyasının 14-cü turunda "Forlì"yə qarşı keçirdiyi oyunda (2–0) bilet satışından 200 min avro gəlir əldə edib. Sport24.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Oyunda əfsanəvi braziliyalı futbolçu Ronaldinyo da iştirak edib. 46 yaşlı oyunçu matçın ilk hissəsində meydanda olub və "sarı-qırmızılar"ın qolla nəticələnən hücumunda yaxından iştirak edib.
Bu, Ronaldinyonun 4068 gündən sonra rəsmi səviyyədə ilk çıxışı olub. Braziliyalı ulduz sonuncu dəfə peşəkar səviyyədə 2015-ci ildə – karyerasını yekunlaşdırdığı "Fluminense" klubunda oynamışdı.
Ronaldinyo 2026-cı ilin iyununda "Ravenna"ya keçdiyini elan edib. Bir müddət sonra o, İqnazio Çiprianinin prezidenti olduğu İtaliya klubunun həmsahiblərindən birinə çevrilib.
Qeyd edək ki, "Ravenna" hazırda C Seriyasının B qrupunda 32 xalla ikinci pillədə qərarlaşıb.