top
Qəbələ kapitanı: Elitadan düşmək fikrini də gözləməyəcəyəm Sport24.az
Bu gün, 12:00
- ↺ +

Qəbələ kapitanı: Elitadan düşmək fikrini də gözləməyəcəyəm

"İlk dövrəni komandam üçün qənaətbəxş hesab etmirəm. İstəyimiz turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Asif Məmmədov deyib.

Təcrübəli futbolçu komandada baş məşqçi dəyişikliyindən sonra baş verən yeniliklər barədə danışıb:

"Elitadan düşmək barədə düşünmək belə istəmirəm. Amma bu, futboldur. Turnir cədvəlindəki indiki vəziyyətimizə baxsaq, təhlükənin olduğunu görərik. Son oyunlarda futbol oynamağı bacardığımızı göstəririk, sadəcə, bəxtimiz gətirmir. Yeni baş məşqçinin gəlişindən sonra komandanın oyun üslubunda dəyişiklik var. Əvvəllər 5 müdafiəçi ilə oynayırdıqsa, indi 4 müdafiəçi ilə çıxış edirik. Yaxşılığa doğru irəliləyiş hiss olunur".

40 yaşlı yarımmüdafiəçi növbəti turda "Şəfa" ilə keçiriləcək qarşılaşmadan gözləntilərini bölüşüb:

"Növbəti turda "Şəfa" ilə qarşılaşacağıq. İlk dövrədə onlara məğlub olmuşuq və bunun əvəzini çıxmaq istəyirik. Bu görüşə 100 yox, 200 faiz hazırlaşmalıyıq. "Şəfa" da bizim kimi çox xal itirib. Ona görə də bu qarşılaşma 6 yox, 12 xallıq oyundur".


Qeyd edək ki, "Şəfa" - "Qəbələ" matçı noyabrın 21-i, saat 17:00-da SOCAR Polymer Arenada keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:10

Emiliano Martines: “Niko Pas Messinin formasını geyinə bilər”

Futbol
Bu gün, 11:44

“Benfika”nın keçmiş əfsanəvi hücumişçisi Oskar Kardoso futboldan ayrılıb və fermaterialıqla məşğul olur

Şahmat
Bu gün, 11:40

Maqnus Karlsen Bibisara Asaubayeva ilə sonuncu partiyaya çıxmaqdan imtina edərək texniki qalibiyyətə imza atıb

Futbol
Bu gün, 11:40

Arsenal'ın keçmiş futbolçusu Piter Stori 81 yaşında vəfat edib

Digər
Bu gün, 11:31

Ayxan Xəkili Cenevrədə Avropa Atletikası Təhlükəsizlik Seminarına qatıldı

Futbol
Bu gün, 11:25

Barselona'nın sıx oyun qrafiki və Sabah ilə qarşılaşması

Qarabağ FK
Bu gün, 11:12

Qarabağ" qış təlimini Antalya, Belekdə 11-20 yanvar tarixlərində keçirəcək

Futbol
Bu gün, 11:10

Anar Hüseynov: Çempionlar Liqası təcrübəsi bizi daha gücləndirir

Futbol
Bu gün, 11:01

Braziliyada futbolçuların maaş borcu olan klublara 3 xalı silinəcək

Futbol
Bu gün, 11:00

Dinamo və Sumqayıtın İnkişaf Strategiyaları Oxşardır

Futbol
Bu gün, 10:55

Sabahın baş məşqçisi və futbolçuları fanlarla görüşəcək

Futbol
Bu gün, 10:48

Karyeraları boyu qırmızı kart almayan futbol əfsanələri

Futbol
Bu gün, 10:40

Ronaldinyo C Seriyasında oyun açdı, Ravenna 200 min avro topladı

Qarabağ FK
Bu gün, 10:40

Xankəndi şəhər stadionunda yeni səhifə: ilk rəsmi oyun üçün hazırlıq

Futbol
Bu gün, 10:24

Milan, Virgil van Dijk-ı transfer etməyə çalışır

Futbol
Bu gün, 10:20

Yaponiya futbolu rəhbəri Kozo Taşima FİFA prezidentliyinə namizədlik təqdim etdi

Futbol
Bu gün, 10:10

Portuqaliyalı Joau Feliks gələn yay Çelsiyə qayıda bilər

Futbol
Bu gün, 10:00

Rodri Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 09:40

Mançester Siti, Haalandı əvəzləyə biləcək iki hücumçu axtarır

Futbol
Bu gün, 09:38

Millətlər Liqası: Yüksələnlər, düşənlər və keçid oyunlarında iştirakçılar

Basketbol
Bu gün, 09:33

Gəncə basketbol klubu Kolossos qarşısında FIBA Avropa Kubokunda qonaq olacaq;

Futbol
Bu gün, 09:20

Napoli idman direktoru Covanni Manna ilə 2032-ci ilə qədər yeni uzunmüddətli müqavilə imzaladı

Basketbol
Bu gün, 09:11

LANDAU Lions FIBA Avropa Kubokunda Prievidza ilə görüşəcək

Oxşar xəbərlər