top
Dinamo və Sumqayıtın İnkişaf Strategiyaları Oxşardır Sport24.az
Bu gün, 11:00
- ↺ +

Dinamo və Sumqayıtın İnkişaf Strategiyaları Oxşardır

"Sumqayıt" Futbol Akademiyasının koordinatoru Adil Şükürov Sport24.az-a müsahibə verib.


- Gürcüstana işgüzar səfəriniz necə keçdi?
- Səfər çox faydalı oldu. Məni maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirə bildim. "Dinamo" (Tbilisi) ilə "Sumqayıt" akademiyaları futbolçuların inkişaf yoluna demək olar ki, eyni prizmadan yanaşır.


- Gürcüstana yollanmağınızın əsas məqsədi nə idi?
- Əsas məqsəd klubumuzun inkişaf strategiyasına yaxın olan bir klubla əlaqələr qurmaq, oyunçuların inkişaf etdirilməsi və xarici klublara transferi istiqamətində görülən işlərlə tanış olmaq idi. Bu baxımdan, futbolçuların hansı yollarla yetişdirildiyi və xarici klublara transfer prosesinin necə həyata keçirildiyi ilə maraqlandım.

- "Dinamo"nun Futbol Akademiyasının fəaliyyəti ilə bağlı hansı məlumatları əldə etdiniz?
- "Dinamo"nun futbolçu seçimində hansı keyfiyyətlərə üstünlük verdiyini, oyunçuların çatışmazlıqlarının aradan qaldırılması üçün hansı metodlardan istifadə etdiyini öyrənmək mənim üçün maraqlı idi. Sovet dövründən sonra Azərbaycanda və Gürcüstanda təhsil sistemi müəyyən mənada oxşar istiqamətdə inkişaf edib və bu gün də bəzi yanaşmalar bənzərliyini qoruyur.


- "Dinamo" akademiyasında futbolçuların fərdi inkişafı ilə bağlı hansı təcrübə diqqətinizi çəkdi?
- "Dinamo" futbolçuların təhsilinə xüsusi önəm verir. Bütün proseslər uşaqların təhsildən uzaq düşməməsi üçün balanslı şəkildə tənzimlənir. Bununla yanaşı, futbolçuların fərdi çatışmazlıqlarını aradan qaldırmaq üçün əlavə məşqlərə də ehtiyac var. Bu məşqlərin digər futbolçulara psixoloji təsir göstərmədən təşkil edilməsi də vacib məqamlardandır. "Dinamo"da bu məqsədlə oyunçular arasında fərq qoyulmadan qruplar şəklində əlavə məşqlər keçirilir və bu proses, demək olar ki, hər gün təşkil olunur.


- Gürcüstan futbol akademiyalarının iş prinsipləri ilə Azərbaycan akademiyalarının fəaliyyətini müqayisə etsək, hansı fərqləri qeyd edərdiniz?
- Akademiyaların əsas məqsədi futbolçu yetişdirmək və onların əsas komandaya keçidini təmin etməkdir. Lakin bu sahədə müəyyən akademiyalar daha çox ön plana çıxmağı bacarıb. Onlardan biri də Tbilisi "Dinamo"sudur. Gələcəkdə akademiyalar arasında fikir mübadiləsinin aparılması, turnirlərin təşkili və məşqçilərin təcrübə proqramlarında iştirakı baxımından belə əməkdaşlıqlar olduqca əhəmiyyətlidir.

- Tbilisi "Dinamo"sunun akademiyasının futbolçu yetişdirmək və onların transferindən gəlir əldə etmək modelini "Sumqayıt"da tətbiq etmək nə dərəcədə mümkündür?
- "Dinamo" kimi klubun təcrübəsindən yararlanmaq bizim üçün də çox vacibdir. Tbilisi "Dinamo"su ilə görüşdüyüm üçün bu klubun akademiyası ilə "Sumqayıt"ın akademiyasını müqayisə etmək imkanım oldu. Fikrimcə, aradakı əsas fərqlərdən biri futbolçuların transferindən əldə olunan gəlirlərlə bağlıdır. Bu yaxınlarda 19 yaşlı futbolçunun Almaniya klubuna transfer edilməsi də "Dinamo"nun akademiya sisteminin səmərəliliyini göstərən nümunələrdəndir. Akademiyanın fəaliyyətinin böyük ölçüdə yetirmələrinin transferindən əldə olunan gəlirlər hesabına formalaşması diqqətçəkən məqamlardan biridir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:10

Anar Hüseynov: Çempionlar Liqası təcrübəsi bizi daha gücləndirir

Futbol
Bu gün, 11:01

Braziliyada futbolçuların maaş borcu olan klublara 3 xalı silinəcək

Futbol
Bu gün, 10:55

Sabahın baş məşqçisi və futbolçuları fanlarla görüşəcək

Futbol
Bu gün, 10:48

Karyeraları boyu qırmızı kart almayan futbol əfsanələri

Futbol
Bu gün, 10:40

Ronaldinyo C Seriyasında oyun açdı, Ravenna 200 min avro topladı

Qarabağ FK
Bu gün, 10:40

Xankəndi şəhər stadionunda yeni səhifə: ilk rəsmi oyun üçün hazırlıq

Futbol
Bu gün, 10:24

Milan, Virgil van Dijk-ı transfer etməyə çalışır

Futbol
Bu gün, 10:20

Yaponiya futbolu rəhbəri Kozo Taşima FİFA prezidentliyinə namizədlik təqdim etdi

Futbol
Bu gün, 10:10

Portuqaliyalı Joau Feliks gələn yay Çelsiyə qayıda bilər

Futbol
Bu gün, 10:00

Rodri Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 09:40

Mançester Siti, Haalandı əvəzləyə biləcək iki hücumçu axtarır

Futbol
Bu gün, 09:38

Millətlər Liqası: Yüksələnlər, düşənlər və keçid oyunlarında iştirakçılar

Basketbol
Bu gün, 09:33

Gəncə basketbol klubu Kolossos qarşısında FIBA Avropa Kubokunda qonaq olacaq;

Futbol
Bu gün, 09:20

Napoli idman direktoru Covanni Manna ilə 2032-ci ilə qədər yeni uzunmüddətli müqavilə imzaladı

Basketbol
Bu gün, 09:11

LANDAU Lions FIBA Avropa Kubokunda Prievidza ilə görüşəcək

Futbol
Bu gün, 09:08

Rodri zədəsindən sonra bir həftə məşqlərə qayıdacaq

Basketbol
Bu gün, 09:00

Neftçi basketbol komandası bu gün Latviya Riqa ilə FIBA Avropa Kubokunun VII turunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

AVRO‑2028 seçim mərhələsi üçün 5‑ci səbət açıqlanıb, Azərbaycan da daxil

Futbol
Bu gün, 08:40

Argentina millisi Kosta-Rikaya 7-0 məğlubiyyət verdi

Futbol
Bu gün, 08:20

Gürcüstan millisi Millətlər Liqasının 54 komandası arasında qolsuz qalan yeganə komanda oldu

Futbol
Bu gün, 08:11

Luis Suares Inter Mayami-də qalmaq və gələcək planlarını açıqladı

Futbol
Bu gün, 08:00

Blekbern klubunun baş məşqçisi Toni Moubrey sağlamlıq səbəbi ilə vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 07:14

Ferqusonla Kantonanın planlaşdırılmış görüşü gerçəkləşməyəcək

Oxşar xəbərlər