14 yaşlı Azərbaycan parabadmintonçusu Zəhra Salmanlı (SH-6 kateqoriyası) debüt etdiyi dünya çempionatının qrup mərhələsində uğurlu çıxış edib.
İdman.Biz bildirir ki, Salmanlı keniyalı rəqibi Corrine Mvaniqa üzərində 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Salmanlı qoşa yarışda Avropa çempionatının gümüş medalçısıdır.
Parabadminton üzrə dünya çempionatı Bəhreynin paytaxtı Manamada keçirilir.