"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 11-ci turunda "Nyukasl"la keçiriləcək səfər qarşılaşmasından əvvəl komandasının çıxışını qiymətləndirib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis qazanılan qələbələrdən razı qaldığını, lakin çempionatda mövqelərin sürətlə dəyişə biləcəyini vurğulayıb.
"Nəticələrimizdən kifayət qədər razıyıq. Xüsusilə qarşılaşdığımız rəqibləri və oyun təqvimimizi nəzərə alsaq, Premyer Liqada bu qədər qələbə qazanmaq olduqca çətindir. Bu, komandamızın sabitliyini göstərir. Həmin sabitliyin əsasında isə futbolçuların qələbə aclığı, böyük istəyi və hər oyunda nümayiş etdirdikləri yüksək ustalıq dayanır.
Bu liqada yalnız növbəti matçı düşünmək lazımdır. Turnir cədvəlinin dörd həftə əvvəl necə göründüyünə baxmaq kifayətdir. Hər oyunda qalib gəlməyin nə qədər çətin olduğunu yaxşı anlayırıq. Bu mövsüm bütün komandalar üçün olduqca ağır keçir.
Əsas məsələ keyfiyyətli oyun göstərmək və "Nyukasl"dan üstün olmaqdır. Biz həmişə rəqibin ən yaxşı oyununu nümayiş etdirəcəyini nəzərə alaraq hazırlaşırıq. Bu qarşılaşmaya da eyni yanaşma ilə çıxacağıq", - deyə Arteta bildirib.
Qeyd edək ki, "Arsenal" keçirdiyi 10 oyunda 27 xal toplayaraq Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. "Nyukasl"la görüş noyabrın 21-də keçiriləcək.