İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Norveçlə qarşılaşacaqları barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis rəqibin gücünü yaxşı bildiklərini və qarşıdakı görüşləri səbirsizliklə gözlədiklərini vurğulayıb.
"2027-ci ildə ilk sınağımız artıq müəyyənləşib və Norveçlə qarşılaşmağı səbirsizliklə gözləyirik. Norveçdən nə gözləməli olduğumuzu bilirik. Xüsusilə yayda dünya çempionatının pley-off mərhələsində onlarla qarşılaşdığımızı nəzərə alsaq, bu rəqib bizə yaxşı tanışdır.
İki oyundan ibarət qarşıdurmalar milli komandalar səviyyəsində nadir hallarda baş verir. Son dövrlərdə belə formatda oynamamışıq. Əminəm ki, azarkeşlərimiz də bizim qədər həyəcanlıdırlar. Həm səfərdə, həm də "Uembli"də yeni unudulmaz anlar yaşatmağı səbirsizliklə gözləyirik", - deyə Tuxel bildirib.
Qeyd edək ki, İngiltərə və Norveç 2026-cı il dünya çempionatının 1/4 finalında da üz-üzə gəliblər. Həmin görüşdə ingilislər əlavə vaxtda 2:1 hesablı qələbə qazanıblar.
Millətlər Liqasının 1/4 finalında ilk qarşılaşma martın 27-də Norveçdə, cavab oyunu isə martın 30-da İngiltərədə keçiriləcək.