top
Zaur Məmmədəliyev: Əsas məqsədimiz hokkeyin populyarlaşdırılmasıdır Idman.biz
27 dekabr 2025, 13:15
- ↺ +

Zaur Məmmədəliyev: Əsas məqsədimiz hokkeyin populyarlaşdırılmasıdır

Azərbaycanda hokkey oyunu artıq kimlər üçünsə xəyal deyil, bu artıq reallıqdır və Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz arenasının fəaliyyətə başlaması sevindirici haldır.

Bu ideyanın reallaşmasında əməyi olan şəxslərdən biri də "Ocaq" hokkey klubunun məşqçisi Zaur Məmmədəliyevdir.

İdman.Biz Zaur Məmmədəliylə həmsöhbət olub, mütəxəssisə suallar ünvanlayıb.

- "Azərbaycanda hokkey" ifadəsi kifayət qədər qeyri-adi səslənir. Klubunuz nə vaxt yaradılıb?

- Klubumuz 2023-cü ildə yaradılıb. Biz "Ocaq" idman klubunun tərkibindəyik. Burada bir çox idman növləri inkişaf etdirilir və onların arasında ən gənci məhz hokkeydir.

- Bu uşaq klubudur? Məşqlər harada keçirilir?

- Tamamilə doğrudur, bu uşaq klubudur və məşqlərimizi məhz burada, buz arenasında keçiririk.

- Hansısa turnirlərdə iştirak edirsiniz, yoxsa hələlik hər şey məşq mərhələsindədir?

- Bu il artıq həm yoldaşlıq görüşlərində, həm də yarışlarda iştirak etmişik. Belə ki, Dubayda altı komandanın qatıldığı turnirdə üçüncü yeri tutduq ki, ilk çıxış üçün bu, heç də pis nəticə deyil. Daha sonra Dubaydan "Galaxy" komandası qonağımız oldu. Onlarla dörd oyun keçirdik və üçündə qalib gəldik. Hesab edirəm ki, bu da çox yaxşı göstəricidir.

- 2026-cı il üçün planlarınız nələrdir?

- Daha bir neçə turnirdə iştirak etmək və digər ölkələrin klublarını yoldaşlıq görüşlərinə dəvət etmək istəyirik. Artıq Türkiyə, Çin və Rusiyanın uşaq klubları ilə danışıqlar aparırıq. Amma, əlbəttə ki, əsas prioritet turnirlərdə iştirakdır. Bu, uşaqlara inanılmaz motivasiya verir və çox güclü katalizator rolunu oynayır.

- Görürəm ki, klubunuzda təkcə yerli uşaqlar məşq etmir…

- Tamamilə doğrudur. Bizdə Qazaxıstandan, Rusiyadan, hətta İngiltərədən olan uşaqlar da var. Amma, təbii ki, komandanın əsas heyətini yerli uşaqlar təşkil edir.

- Klubunuzda böyüklərdən ibarət komanda da var?

- Bəli, "Ocaq" klubunda böyüklərdən ibarət komanda da fəaliyyət göstərir. Onlar ötən il Kazanda keçirilən Qış İslam Oyunlarında qrup mərhələsini birinci yerdə başa vurublar. Daha sonra Moskvada keçirilən turnirlərin birində də birinci yerə layiq görüldük. Əsas məqsədimiz hokkeyin populyarlaşdırılmasıdır. İstəyirik ki, klubumuza uşaqlar və yeniyetmələr gəlsin, bilsinlər ki, belə cənub ölkəsində də buz üzərində hokkey kimi adrenalin və emosiyalarla dolu bir idman növü ilə məşğul olmaq mümkündür!

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Manchester United‑un yeni baş məşqçisi Mauricio Pochettino: Gündə yalnız üç‑dörd saat yatıram

Futbol
Bu gün, 08:39

Bavariya futbolçusu Maykl Olise ciddi zədələnib;

Futbol
Bu gün, 08:09

İngiltərə millisinin baş məşqçisi Tuxel Norveçlə 1/4 final qarşılaşması barədə danışır

Futbol
Bu gün, 08:00

Polşada oyun alveri şübhəsi ilə 10 futbolçu futboldan uzaqlaşdırıldı

Futbol
Bu gün, 07:11

Arteta “Nyukasl” qarşılaşmasından əvvəl komandası üçün yalnız növbəti oyunu düşünmək lazım olduğunu bildirdi

Futbol
Bu gün, 06:13

Bavariyada iki əsas oyunçu zədələndi, Keyn və Olise sahəni tərk etdi

Futbol
Bu gün, 05:12

Müəllim Qattuzo GTA 6 oyununda gec qalmaqla bağlı futbolçuları səhər yoxlayacaq

Formula 1
Bu gün, 04:14

Lewis Hamiltonun illərdir gerçəkləşməyən arzusu ortaya çıxdı: Messi ilə görüşmək istəyir

Şahmat
Bu gün, 03:07

Üç Azərbaycan şahmatçısı Türküstanda qalibiyyətlə başladı

Futbol
Bu gün, 02:01

Espanyol Bilbao'da 1-0 məğlubu ilə Atletik'i məğlub etdi

Futbol
Bu gün, 01:51

“Trua” 3:1 qələbə qazandı, “Havr” yeni məşqçisi ilə məğlub oldu

Futbol
Bu gün, 01:28

Bayern evdə 1-1 dəyən “Köln”lərlə qarşılaşdı, liderliyini qorudu

Cüdo
Bu gün, 01:23

Daşkənddə Azərbaycanın beş cüdoçusu son fərdi medallar uğrunda yarışacaq

Futbol
Bu gün, 01:04

Kompani xəstəxanadan çıxıb, Bayern oyununda ilk dəfə məşqçiyə döndü

Şahmat
Bu gün, 00:49

Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca oldu

Futbol
Bu gün, 00:35

Zamiq Əliyevin erkən qolu 'Eqnatiya' 0:1 məğlubiyyətinə təsir etmədi

Voleybol
Bu gün, 00:16

“Xilasedici” kapitanı Vüqar Bayramov: Səfərdə azarkeşlərimizi sevindirmək üçün çalışacağıq

Futbol
Dünən, 23:54

Ronaldo 986-cı qolunu əlavə etdi

Futbol
Dünən, 23:48

Antonio Konte: ‘Mənim metodumdan qorxanlar qələbədən qorxur’

Basketbol
Dünən, 23:33

Kevidin Dürantın 'Hugging Face' şirkətindəki sərmayəsi 60 milyon dollara çatdı

Futbol
Dünən, 23:24

Sumqayıtda 6 qol – Sabah 5, Sumqayıt 1 (VİDEO)

Futbol
Dünən, 23:18

Sabah'ın müdafiəçisi Puxaç: "Barselona"nı məğlub etməyi arzulayıram - VİDEO

Futbol
Dünən, 23:04

Dambrauskas: Barcelona ilə qarşılaşmada hekayə yazmağa çalışacağıq

Qarabağ FK
Dünən, 22:55

"Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satıldı: Gəncə stadionunda mövsümün təyinatı qeydə alınacaq

Oxşar xəbərlər