ABŞ-nin Kaliforniya ştatında yerləşən "Palisades Tahoe" xizək kurortunda iki idmançı qar altında boğulmaq üzrə olan kişinin həyatını xilas edib.
İdman.Biz xəbər verir ki, onlar qar yığını arasından çölə çıxan xizək uclarını görərək dərhal həmin istiqamətə qaçıblar.
Xizəkçilər vaxt itirmədən kişini qazaraq qar altından çıxarıblar.
Hadisə nəticəsində onun həyatını xilas etmək mümkün olub.