top
Vəfa Musayeva: İdman səfiri kimi məqsədim cəmiyyət üçün yol açmaqdır Idman.biz
17 mart 2026, 20:31
- ↺ +

Vəfa Musayeva: İdman səfiri kimi məqsədim cəmiyyət üçün yol açmaqdır

"Əgər idman səfiri kimi fəaliyyətim bir insanın belə həyatında müsbət dəyişiklik yaradarsa, bunu ən böyük uğur hesab edəcəyəm".

İdman.Biz xəbər verir ki, bu sözləri azərbaycanlı alpinist Vəfa Musayeva 2026-cı il üçün idman səfiri seçilməsi ilə bağlı danışarkən deyib.

O AZƏRTAC-a bildirib ki, bu titul onun üçün sadəcə ad deyil, böyük məsuliyyətdir: "Alpinizm elə bir sahədir ki, burada insan təkcə fiziki deyil, eyni zamanda psixoloji və emosional baxımdan da öz sərhədlərini aşır. Bu sahənin nümayəndəsi kimi "İdman səfiri" seçilməyim o deməkdir ki, artıq yalnız öz zirvələrim üçün deyil, cəmiyyət üçün də yol açmalıyam. Bu, mənim üçün həm də ən çətin görünən yolların belə addım-addım keçilə biləcəyinə mesajdır. Əgər mən bunu bacarmışamsa, deməli, başqaları da bacara bilər".

Alpinist qeyd edib ki, zirvələri fəth etməkdən daha önəmlisi insanlara öz daxili zirvələrini göstərməkdir: "İdman səfiri kimi daha çox gənclərlə birbaşa işləməyi planlaşdırıram. Görüşlər, təlimlər, motivasiya sessiyaları və ustad dərsləri vasitəsilə onlarla ünsiyyətdə olacağam. Eyni zamanda sosial media üzərindən real hekayələr paylaşmaq, uğurun arxasında duran çətinlikləri açıq şəkildə göstərmək istəyirəm. Çünki gənclər yalnız nəticəni deyil, bu nəticəyə aparan prosesi də görməlidirlər. Məqsədim onları təkcə idmana deyil, ümumilikdə aktiv, məqsədli və şüurlu həyata yönləndirməkdir".

Vəfa Musayeva vurğulayıb ki, insanların ilham alması üçün real hekayələrin böyük əhəmiyyəti var: "İnsanlar daha çox özlərinə bənzər hekayələrdən motivasiya alırlar. Əgər bir qadın onun kimi birinin Everest zirvəsinə qalxdığını görürsə, bu artıq "mümkünsüz" anlayışını aradan qaldırır. Bununla belə, hədəfim insanları dağlara getməyə təşviq etmək deyil, onların aktiv həyat üçün öz yollarını tapmasına kömək etməkdir".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin bu gün keçirilən Kollegiya iclasında Vəfa Musayeva ilə yanaşı, Ülviyyə Fətəliyeva (şahmat), Aynur Yusifova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped idmanı) 2026-cı il üçün "İdman səfiri" seçiliblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Dünən, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Dünən, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Dünən, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Dünən, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Futbol
Dünən, 21:11

Zirə dörd futbolçusunu itirəcək – Sumqayıta qarşılaşma buraxılacaq

Futbol
Dünən, 21:05

Filip İvanoviç: "Sabah"ın uğurları təsadüfi deyil, illər boyu qurulan sistem nəticəsidir

Voleybol
Dünən, 20:56

Azərbaycan və Gürcüstan voleybol federasiyaları Tovuzda əməkdaşlığın genişləndirilməsini müzakirə etdilər

Futbol
Dünən, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Dünən, 20:27

Trent sabiq klubuna qayıda bilər

Oxşar xəbərlər