top
Təhminə Tağı-zadə dünya konfransında Azərbaycanın təmiz idman nailiyyətlərindən danışıb Idman.biz
10 dekabr 2025, 14:51
- ↺ +

Təhminə Tağı-zadə dünya konfransında Azərbaycanın təmiz idman nailiyyətlərindən danışıb

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə dünya konfransında Azərbaycanın təmiz idman sahəsindəki nailiyyətlərindən danışıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Koreya Respublikasının Busan şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı baş tutub.

Tədbirdə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı iştirak ediblər.

191 ölkədən 2 minədək iştirakçının qatıldığı konfrans idman hərəkatının, hökumətlərin, milli və regional antidopinq təşkilatlarının və laboratoriyaların nümayəndələrini, həmçinin tədqiqatçıları bir araya toplayıb. İştirakçılar 2019-cu ildə Polşanın Katovitse şəhərində keçirilən dünya konfransından sonra əldə edilmiş tərəqqi və gücləndirilmiş qlobal antidopinq proqramının irəliləməsini qiymətləndiriblər.

Konfransda "Yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqinə dəstək" adlı plenar sessiyada çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə gələn il ölkəmizdə keçiriləcək WADA-nın Avropa üzrə ilk Regional Simpoziumunun əhəmiyyətini vurğulayaraq Azərbaycanın təmiz idman sahəsində əldə etdiyi nailiyyətlərdən, paytaxt Bakının mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb. İştirakçıları Bakıda keçiriləcək Regional Simpoziuma dəvət edən Təhminə Tağı-zadə tədbirin beynəlxalq antidopinq sistemində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və yeni tənzimləmələrin daha effektiv tətbiqi baxımından mühüm platforma rolunu oynayacağını bildirib. O, həmçinin qeyd edib ki, Simpozium müvafiq qurumlar arasında qarşılıqlı etimadı artıracaq, region ölkələrinin dopinqlə mübarizə potensialının inkişafına töhfə verəcək və qlobal antidopinq ekosistemində Azərbaycanın fəal tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək.

Konfrans 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və Beynəlxalq Standartların WADA-nın idarəetmə orqanları olan Təsisçilər Şurası və İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməsi ilə yekunlaşıb. Təmiz idmanın vacibliyini vurğulayan və antidopinqlə bağlı bütün maraqlı tərəfləri effektiv əməkdaşlığa və idmançıları dəstəkləməyə çağıran "Busan bəyannaməsi" də qəbul edilib.

Yeni qaydalar Qadağan edilmiş maddələrin siyahısını, Terapevtik istifadə üçün istisnaları, dopinq nəzarəti prosedurlarını, nəticələrin emalını və məlumatların qorunması kimi sahələri əhatə edəcək. Yeni Ümumdünya Antidopinq Məcəlləsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və 2033-cü ilədək qüvvədə olacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Oxşar xəbərlər