top
Roman Yaqoda: Azərbaycanlı tələbələrin fizioterapiyaya münasibəti müsbətə doğru dəyişir Idman.biz
28 fevral 2026, 17:57
- ↺ +

Roman Yaqoda: Azərbaycanlı tələbələrin fizioterapiyaya münasibəti müsbətə doğru dəyişir

Son illər tələbələrin fizioterapiya motivasiyası və münasibəti müsbət istiqamətdə dəyişib.

Bunu İdman.Biz-ə açıqlamasında Avstriyanın "Complex Core+" təşkilatının icraçı direktoru, Azərbaycan İdman Akademiyası (AİA) fizioterapiya üzrə təhsil proqramının kuratoru Roman Yaqoda deyib. Onun "Əsaslardan detallara" adlı kitabının təqdimatı bu gün "Baku Book Center"də keçirilib.

"Tələbələr artıq anlayırlar ki, fizioterapevtlər üçün insanlara kömək etmək baxımından geniş imkanlar mövcuddur", – deyə Yaqoda bildirib.

O, bunu Azərbaycandakı fəaliyyətinin əsas nailiyyətlərindən biri hesab edir.

Mütəxəssis qeyd edib ki, təxminən beş-altı ildir Azərbaycanda fəaliyyət göstərir:

"İlkin mərhələdə AFFA-nın hakimləri ilə işləyirdim. Daha sonra kursların təşkili ilə bağlı AİA ilə əlaqə yaratdım və əməkdaşlıq getdikcə daha intensiv xarakter aldı. Onlar başa düşdülər ki, biz reabilitasiya sahəsində təhsilə real dəstək verə bilərik. Hazırda şirkətim Azərbaycanın cüdo üzrə milli komandasına da dəstək göstərir, digər federasiya və qurumlara da yardım etməyə çalışırıq".

Yaqoda Azərbaycanda fizioterapiya və reabilitasiya sahəsində inkişafın müşahidə olunduğunu vurğulayıb: "Azərbaycana ilk gəldiyim dövrdə bu sahə hələ də Avropada mövcud olmuş köhnə model üzrə fəaliyyət göstərirdi. Reabilitasiya daha çox həkim praktikasının tərkib hissəsi kimi qəbul olunurdu. Halbuki Avropada fizioterapiya müstəqil və kompleks təhsil sistemidir. Məqsədim yalnız düzgün fizioterapiya təhsilini tətbiq etmək deyil, həm də Avropanın keçdiyi onillik inkişaf mərhələsini təkrarlamadan müasir, aktiv fizioterapiyaya böyük sıçrayış etmək idi".

Onun sözlərinə görə, irəliləyiş var, lakin potensial daha böyükdür və bunu daha intensiv əməkdaşlıqla reallaşdırmaq mümkündür: "İl ərzində daha tez-tez gələ və keyfiyyət səviyyəsini real şəkildə yüksəldə bilərik".

Mütəxəssis əlavə edib ki, əvvəllər şirkəti əsasən velosiped idmanı və badminton sahəsində fəaliyyət göstərib, hazırda isə Azərbaycanda əsas diqqət cüdo üzərində cəmlənib. Onlar həmçinin idmançıların Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesində iştirak ediblər.

Yaqoda bildirib ki, Almaniyada 15 ildən artıqdır dərs deyir:

"Mən bütün idman növləri üzrə mütəxəssis deyiləm. Lakin bizi daim tədrisə dəvət etmələrinin səbəbi ondan ibarətdir ki, biz olimpiya məşqçilərinə bədənin konkret idman növünə necə hazırlanmalı olduğunu baza səviyyəsində izah edirik. Bir çox məşqçilər dar baxış bucağına malikdir. Biz isə ümumi mənzərəni göstəririk: məsələn, hündürlüyə tullanan niyə yüksək nəticə göstərə bilmir? Problem texnikada deyil, onurğanın, bud-çanaq oynaqlarının hərəkətliliyində ola bilər. Məhz bu məqamda biz kömək edirik. Bu təhsilə Avropada böyük maraq və müsbət nəticələr var".

O, hazırda Azərbaycan Güləş Federasiyası ilə danışıqların aparıldığını da açıqlayıb:

"Azərbaycana peşəkar fizioterapevtlərin cəlb olunmasına çalışırıq. Federasiyadan yaxşı idman fizioterapevti ilə bağlı sorğu daxil olub. Bəzən mütəxəssisləri birbaşa özüm tövsiyə edirəm. Əgər proses mənim vasitəmlə həyata keçirilirsə, onların peşəkarlığına əmin oluram".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Dünən, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Dünən, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Dünən, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Qarabağ FK
Dünən, 20:48

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

Futbol
Dünən, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Dünən, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Dünən, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Oxşar xəbərlər