Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, 26 may – 1 iyun tarixlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Müstəqillik gününə həsr olunmuş ümumtəhsil müəssisələri arasında atletikanın kros növü üzrə Xızı rayon birinciliyi (oğlanlar və qızlar) -26 may, saat 10:00 (Xızı şəhəri, təyin olunmuş marşrut üzrə);
- Müstəqillik gününə həsr olunmuş ümumtəhsil müəssisələri arasında atletika üzrə Abşeron rayon birinciliyi (oğlanlar və qızlar) - 26-27 may, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol üzrə idarə, müəssisə və təşkilatlar arasında Sumqayıt şəhər kuboku (final) – 27 may, saat 17:00 (Sumqayıt şəhər, "Socar Polymer Arena").
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" – 26 may, saat 11:30 (İsmayıllı şəhər, Heydər Əliyev Adına İstirahət Parkı);
- Şəhidlərin əziz xatirəsinə həsr edilmiş həvəskarlar arasında futbol üzrə İsmayıllı rayon turnirinin qrup mərhələsi – 26, 28, 31 may – 1 iyun, saat 17:30 (İsmayıllı rayon, Aşağıbaş, Hacıhətəmli və Mollaisaqlı stadionu);
- Müstəqillik Günü münasibətilə sərbəst güləş üzrə yeniyetmələr arasında Qobustan rayon turniri – 27 may, saat 14:00 (Qobustan UGİM-nin idman zalı);
- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Şən startlar" əyləncəli idman oyunu - 29 may, saat 10:00 (Ağsu şəhər 4 nömrəli tam orta məktəb);
- Dünya Velosiped Günü münasibətilə yeniyetmələr arasında velosiped üzrə İsmayıllı rayon turniri – 29 may, saat 15:30 (İsmayıllı şəhər, Heydər Əliyev Adına İstirahət Parkı);
- Uşu üzrə yeniyetmələr arasında ölkə birinciliyi – 29-31 may (İsmayıllı rayonu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə idman ustası Elşən Eminovun rəhbərliyi altında ustad dərsi – 30 may, saat 16:00 (Şamaxı şəhər stadionunun güləş zalı).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Müstəqillik Gününə həsr olunmuş şahmat üzrə Naftalan şəhər Uşaq-Gənclər İdman Məktəbinin daxili birinciliyi - 22-27 may, saat 10:00 (Naftalan Şəhər Stadionu);
- Müstəqillik Gününə həsr olunmuş minifutbol üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında Gəncə şəhər birinciliyi - 26-30 may, saat 14:00 (Gəncə İdman Liseyi);
- "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş kros qaçışı üzrə turnir - 26 may, saat 15:00 (Naftalan şəhəri Heydər Əliyev prospekti);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Müstəqillik Gününə həsr olunmuş stolüstü tennis üzrə yeniyetmələr arasında Daşkəsən rayon birinciliyi - 27-28 may, saat 14:00 (Daşkəsən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş üzgüçülük üzrə Goranboy rayon turniri - 30 may, saat 15:00 (Goranboy Olimpiya İdman Kompleksi).
Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Müstəqillik Günü münasibətilə yunan-Roma güləşi üzrə rayon turniri - 26 may, saat 16:00 (Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, Biləcəri İdman Klubu);
- Yeniyetmələr arasında kikboksinq üzrə açıq rayon turniri - 28 may, saat 10:00 (Ağdam rayonu, Quzanlı qəsəbəsi, Ağdam Olimpiya İdman Kompleksi);
- 14-18 yaşlı oğlanlar arasında kəndirlə mübarizə milli idman növü üzrə Xocavənd rayon turniri – 29 may, saat 11:30 (Xocavənd 500 ailəlik qəsəbə);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Şən startlar" əyləncəli idman oyunu - 1 iyun, saat 8:30 (Ağcabədi rayon Heydər Əliyev adına park).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Müstəqillik Gününə həsr olunmuş 8-16 yaşadək oğlan və qızlar arasında şahmat üzrə rayon turniri - 26 may, saat 10:00 (Tovuz Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş məktəbdaxili "Şən startlar" idman oyunları – 29 may, saat 11:00 (Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey);
- Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş kros qaçışı üzrə rayon turniri – 30 may, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kiçik yaşlı uşaqlar arasında əyləncəli idman oyunları - 30 may, saat 10:00 (Ağstafa şəhəri Heydər Əliyev Parkı);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kiçik yaşlı uşaqlar arasında idman tədbirləri - 30 may, saat 11:00 (Şəmkir şəhər Raduqa uşaq bağçası);
- Cüdo üzrə 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında Qazax rayon UGİM-in açıq birinciliyi – 31 may, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Taekvondo üzrə Xaçmaz rayon biriciliyi - 26 may, saat 10:00 (Xaçmaz şəhər taekvondo zalı);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə Quba rayon birinciliyi - 26 may, saat 16:00 (Quba rayonu, Bağbanlı qəsəbə stadionu);
- Müstəqillik Gününə həsr olunmuş 2009, 2010, 2011 və 2012-ci il təvəllüdlü yeniyetmələr arasında kros qaçışı üzrə Şabran rayon birinciliyi - 27 may, saat 15:00 (Şabran şəhəri, Mərkəzi Stadionu);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Qusar rayon kənd komandaları arasında futbol üzrə Qusar rayon birinciliyi - 27 may, saat 17:00 (Qusar rayon İmamqulukənd kənd futbol meydançası);
- Müstəqillik Gününə həsr olunmuş 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında boks üzrə Siyəzən rayon birinciliyi - 31 may - 1 iyun, saat 10:00 (Siyəzən şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalı).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Müstəqillik Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında atletika üzrə Astara rayon turniri - 26 may, saat 10:00 (Astara Dənizkənarı Park Kompleksi);
- Müstəqillik Gününə həsr olunmuş oğlanlar arasında voleybol turniri - 26 may, saat 9:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Müstəqillik Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında futzal turniri - 27 may, saat 9:30 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş əqli imkanları məhdud olan yeniyetmələr və gənclər arasında yarışlar - 30 may, saat 10:00 (Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş uşaq evinin sakinləri arasında əyləncəli idman oyunları - 30 may, saat 11:00 (Lənkəran ailə tipli uşaq evi);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Sağlam ailəm, sağlam gələcək" adlı uşaqlar üçün idman tədbiri - 30 may, saat 15:00 (Lənkəran rayon Günərzi Qayğı Mərkəzi);
- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqlar arasında əyləncəli idman tədbiri - 30-31 may, saat 10:00 (Lerik şəhər İnteqrasiya Təlimli, İnternat tipli Gimnaziyanın idman zalı);
- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar kütləvi açıq idman tədbiri - 30-31 may, saat 10:00 (Lənkəran "Dosa Mall");
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 31 may, saat 11:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 31 may, saat 10:00 (Lerik şəhər Valeh Müslümov küçəsi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 31 may, saat 10:00 (Yardımlı rayon Bozayran kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 1 iyun, saat 10:00 (Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkı).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Müstəqillik Gününə həsr olunmuş məktəbli oğlanlar arasında voleybol üzrə Beyləqan rayon turniri - 27 may, saat 10:00 (Beyləqan Olimpiya İdman Kompleksi).
- Yeniyetmə və gənclər arasında cüdo üzrə rayon turniri - 27 may, saat 15:00 ( Sabirabad rayon "Zəfər" Peşəkar idman klubu).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Müstəqillik Gününə həsr olunmuş kikboksinq üzrə rayon turniri - 26 may, saat 17:00 (Ucar
rayon 4 nömrəli məktəb);
- Ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol üzrə rayon turniri - 26-28 may, saat 14:00 (Göyçay rayonu Rəsul Rza adına 1 nömrəli tam orta məktəb);
- Müstəqillik Gününə həsr olunmuş idman festivalı - 27 may, saat 15:00 (Mingəçevir şəhər Yaşar Məmmədzadə adına stadion).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Ümumtəhsil məktəbləri arasında minifutbol üzrə şəhər turniri - 15-29 may, saat 10:00 (Şəki şəhər 8 saylı tam orta məktəb);
- "Qəbələ İdman Paytaxtı 2025" çərçivəsində Müstəqillik Gününə həsr olunmuş ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi - 27 may, saat 10:00 (Qəbələ şəhər 5 saylı tam orta məktəb);
- Yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi - 27 may, saat 16:00 (Zaqatala rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Şən uşaqlar, sağlam gələcək" şüarı ilə azyaşlılar arasında əyləncəli idman yarışı - 31 may, saat 11:00 (Qax şəhər stadionu);
- Yeniyetmə və gənclər arasında ağır atletika üzrə açıq rayon turniri - 31 may, saat 11:00 (Balakən rayon "Balakans" MMC-nin ağır atletika zalı);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş 6-12 yaşlı uşaqlar arasında voleybol üzrə master-klas dərsləri - 1 iyun, saat 10:00 (Qəbələ rayon Heydər Əliyev parkı);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş 6-12 yaşlı uşaqlar arasında voleybol üzrə master-klas dərsləri - 1 iyun, saat 10:00 (Şəki şəhər M.F.Axundov parkı);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş 6-12 yaşlı uşaqlar arasında voleybol üzrə master-klas dərsləri - 1 iyun, saat 10:00 (Zaqatala rayon Heydər Əliyev parkı).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Müstəqillik Günü münasibətilə orta ümumtəhsil məktəblərinin 15-16 yaşlı oğlan şagirdləri arasında minifutbol üzrə şəhər birinciliyinin final mərhələsi - 27 may, saat 12:00 (Muğan qəsəbə tam orta məktəbin minifutbol meydançası);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş məktəbəqədər yaşlı uşaqlar arasında atletika üzrə əyləncəli idman yarışı – 27 may, saat 10:00 (Salyan şəhər Rəhman Xudaverdiyev adına 9 saylı uşaq bağçası);
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş müxtəlif idman növləri üzrə kütləvi idman tədbiri - 31 may, saat 11:00 (Neftçala şəhər bayraq meydanı).
İdman.biz