top
Neftçi İK idmançılarının 2025-ci ildə qazandığı nailiyyətlər: 1172 medal, Ən yaxşı idman klubu nominasiyasında 2-ci yer Idman.biz
22 yanvar 2026, 19:19
- ↺ +

"Neftçi" İK idmançılarının 2025-ci ildə qazandığı nailiyyətlər: 1172 medal, "Ən yaxşı idman klubu" nominasiyasında 2-ci yer

2025-ci il ərzində "Neftçi" İdman Klubu neft, qaz və kimya sənayesi işçiləri arasında idmanın müxtəlif növləri üzrə mütəmadi yarışlar təşkil etməklə yanaşı, peşəkar idmançıların yetişdirilməsi istiqamətində də uğurlu fəaliyyət göstərib.

Klubdan İdman.Biz-ə verilən məlumata görə, ötən il ərzində klubun strukturunda fəaliyyət göstərən idman qurğularında 26 idman növü üzrə 117 peşəkar məşqçinin rəhbərliyi altında 2000-dən çox yeniyetmə və gənc, həmçinin yüzlərlə neftçi mütəmadi olaraq idmanla məşğul olub.

Bu barədə klubun ötən ilin yekunlarına həsr olunmuş tədbirində deyilib.

2025-ci ildə klub tərəfindən SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində stolüstü tennis, nərd, şahmat, 3x3 basketbol, voleybol, üzgüçülük, kamandan oxatma, minifutbol, çimərlik voleybolu, velosiped, atletika, bilyard və atıcılıq idman növləri üzrə turnirlər təşkil olunub.

Keçirilmiş bu yarışların nəticələrinə əsasən, SOCAR-ın həmin idman növləri üzrə yığma komandalarının heyəti müəyyən olunub və bu komandalar ilboyu Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçirilən 18 yarışın hər birində iştirak ediblər. Təmsilçilərimiz bu turnirlərdə uğurla çıxış edərək 14 idman növündə 6-sı qızıl, 10-u gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 26 medal qazanıblar.

Əməkdaşları ilboyu Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bütün turnirlərdə inamla çıxış edən SOCAR, ilin sonunda dövlət qurumları arasında ikinci yeri tutub.

Klubun yetirmələri VI İslam Həmrəyliyi Oyunlarında, ölkəmizdə keçirilmiş III MDB Oyunlarında, yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda 411-i qızıl, 314-ü gümüş, 447-si bürünc olmaqla 1172 medala sahib çıxıblar.

"Neftçi" İdman Klubunun basketbol komandası 2024/2025 mövsümündə Azərbaycan çempionatında ikinci yeri tutub və tarixində ilk dəfə FIBA Avropa Kubokunun qrup mərhələsində çıxış edərək, bu mərhələni 9 xalla başa vurub. Futzal komandası isə ötən mövsüm Yüksək Liqada bürünc mükafat qazanıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş "İlin idman yekunları" adlı tədbirində müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. "Neftçi" İdman Klubu ilin "Ən yaxşı idman klubu" nominasiyasında ikinci yeri tutub.

Klubun təmsilçiləri - Jalə Əliyeva ilin ən yaxşı qadın, Həsrət Cəfərov isə ən yaxşı kişi idmançısı adına layiq görülüblər. Digər idmançımız İsa Rüstəmov isə ilin ən yaxşı idmançıları arasında üçüncü olub. Sevindirici haldır ki, İlin "ən yaxşı paralimpiyaçısı" nominasiyasında hər üç mükafata "Neftçi" İdman Klubunun təmsilçiləri layiq görülüb: İlham Zəkiyev birinci, Raman Saley ikinci, Kamran Zeynalov isə üçüncü yeri tutub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Dünən, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Dünən, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Oxşar xəbərlər