top
Naxçıvanda açıq hava idman qurğularının sayı daha da artırılır Report.az
25 iyun 2025, 16:29
- ↺ +

Naxçıvanda açıq hava idman qurğularının sayı daha da artırılır

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində regionda idman infrastrukturu genişləndirilir.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə jurnalistlərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Emil Səmədov məlumat verib.

Onun sözlərinə görə, proqramın məqsədləri sırasında əhalinin idman xidmətlərinə çıxışını yaxşılaşdırmaq, sağlam həyat tərzini təşviq etmək və gənclərin asudə vaxtının səmərəli təşkili xüsusi yer tutur.

"Artıq ötən ilin sonlarında Naxçıvan şəhərinin müxtəlif ərazilərində 8 yerdə sadə tipli açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib. Hazırda isə Dövlət Proqramının 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planına uyğun olaraq, bu ilin sonunadək daha 11 yerdə bu tip idman qurğularının quraşdırılması nəzərdə tutulub", – deyə Emil Səmədov bildirib.

Yeni qurğular Şərur və Ordubad şəhərlərinin hər birində 2, Babək, Culfa və Şahbuz şəhərlərinin hər birində 1, Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq, Babək rayonunun Cəhri və Nehrəm qəsəbələrinin hər birində 1 yerdə inşa ediləcək. Artıq yerli icra hakimiyyətləri ilə razılaşma əsasında ərazilər müəyyənləşdirilib, layihələndirmə və ilkin qiymətləndirmə işləri tamamlanıb, dövlət satınalması proseduruna start verilib.

İnşaat işlərinə iyulun sonlarında başlanılması planlaşdırılır.

"Əsas məqsədlərimizdən biri də bütün bölgələrdə bərabər idman imkanlarının yaradılmasıdır. Dövlətimizin birbaşa həyata keçirdiyi bu layihələr muxtar respublikanın idman mühitinə əlavə dəyər qatacaq, bədən tərbiyəsi və idmanın inkişafına təkan verəcək, əhalinin sağlam həyat tərzinə sövq edilməsinə və gənclərin fiziki hazırlığının yüksəlməsinə mühüm töhfə olacaq", – deyə Emil Səmədov qeyd edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Bu gün, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Bu gün, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Bu gün, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Bu gün, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Bu gün, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Bu gün, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Bu gün, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Bu gün, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Bu gün, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Bu gün, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Bu gün, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Bu gün, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Bu gün, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Bu gün, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Bu gün, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Bu gün, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Minifutbol
Bu gün, 19:11

İspaniya Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının finalını 3:0 qazanaraq qalib oldu

Futbol
Bu gün, 19:00

Bakıda keçirilən U-15 Dünya Çempionatında Zambiya finalda Portuqaliyanı məğlub edərək B divizionunun qalibi oldu

Oxşar xəbərlər